Rusiya şirkəti Moldovaya 48 saat VAXT VERDİ

Rusiya şirkəti Moldovaya 48 saat VAXT VERDİ"Qazprom" Moldova ilə qaza görə cari ödənişlərin 100% yerinə yetiriləcəyi şərti ilə müqavilə bağlayıb, növbəti müddət noyabrın 22-də bitdi, bu səbəbdən şirkət ödənişləri almayacağı təqdirdə 48 saat sonra respublikaya qaz tədarükünü dayandıracaq.
Publika.az xəbər verir ki, bunu "Rossiya-24" telekanalının efirində Rusiyanın "Qazprom" şirkətinin nümayəndəsi Sergey Kupriyanov deyib.
"Moldovanın iqtisadi və maliyyə sahələrindəki çox mürəkkəb şəraiti nəzərə alaraq və Moldovaya "Qazprom"a olan borc öhdəliklərinin ödənilməsi imkanının yaradılması, eləcə də Moldova tərəfinin dəfələrlə kömək üçün müraciət etdiyi Rusiya prezidentinin mövqeyi rəhbər tutularaq, "Qazprom", demək olar ki, Moldova tərəfinin şərtləri ilə müqavilə bağlayıb, ancaq orada əhəmiyyətli, vacib maddə var: Moldova qaza görə cari borclarını vaxtında və 100% həcmdə ödəyir", - Kupriyanov deyib.
"Qazprom" və "Moldovaqaz" oktyabrın 29-da müqaviləni 1 noyabrdan etibarən 5 il müddətinə uzadıblar. Rusiya şirkətindən bildirilib ki, tərəflər qaz sahəsində cari məsələlərin tənzimlənməsi üzrə protokol imzalayıblar, razılaşmanın uzadılma şərtləri isə qarşılıqlı sərfəlidir.
Moldova hökuməti isə öz növbəsində bildirib ki, yeni müqavilədə onların təklif etdiyi formuldan istifadə olunacaq. Bundan başqa, "Moldovaqaz"ın "Qazprom"a borcunun 2022-ci ildə auditi keçiriləcək və peni (gecikmə rüsumu) nəzərə alınaraq beş il ərzində ödəniləcək.
Yaxın dəqiqələrdə "Moldovaqaz" bəyanat yayaraq bildirib ki, Moldova hökumətinin köməyi ilə "Qazprom"la olan problemi tezliklə aradan qaldıracaq.

Dünya       Tarix: 22 noyabr 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

Moskvadan Bakı və İrəvanla bağlı KRİTİK AÇIQLAMA: "Vahid paket tamamlanır"

"İrəvanla Bakı arasında kommunikasiyanın açılmasına dair vahid sənədlər paketi tamamlanma mərhələsindədir". xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

Tacikistanda 4,2 bal gücündə zəlzələ oldu

Tacikistanda 4,2 bal gücündə zəlzələ baş verib. -ıın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 11 min nəfər olan Murqob şəhərindən 69 kilomet

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl

Bayden rekord dərəcədə reytinqi itirdi

ABŞ prezidenti Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb. xəbər verir ki, bu barədə "NBC" telekanalının dərc etdiyi sorğunun nəticələrində deyilir. Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarını

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68

ABŞ Rusiya ilə razılaşmaya görə BU ÖLKƏLƏRİ qurban verəcək - ŞOK İDDİA

ABŞ Rusiya ilə strateji razılaşmaya Baltikyanı ölkələri qurban verə bilər. xəbər verir ki, bu barədə amerikalı analitik Devid Payn "The National Interest" jurnalında dərc olunan məqaləsində qeyd edib. Nəşrdə eksper


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun en yeni xeberler son xəbərlər bugün 2026 son xəbərlər