Rusiya şirkətləri Azərbaycana işgüzar səfər edəcək
Rusiya şirkətlərinin Azərbaycana növbəti işgüzar missiyalarının təşkili nəzərdə tutulur.
KONKRET.az xəbər verir ki, bu məsələ iqtisadiyyat naziri Mikayıl Cabbarov "Roseksimbank"ın İdarə Heyətinin sədri Azər Talıbovu qəbul edərkən müzakirə edilib.
Görüş zamanı həmçinin Rusiya şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizin bərpası, enerji, dəmir yolu, əczaçılıq layihələrində iştirakı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə mövzusu olub.
Nazir Rusiya Federasiyası ilə əlaqələrin uğurlu inkişafını qeyd edib, iqtisadi potensialın daha geniş reallaşdırılması, ticarət və investisiya əlaqələrinin gücləndirilməsi baxımından maliyyə tərəfdaşlığının önəmini vurğulayıb. Bildirilib ki, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, həmçinin işğaldan azad edilmiş torpaqlarımızın böyük iqtisadi potensialı regional əməkdaşlığın genişləndirilməsinə yeni imkanlar yaradır.
İqtisadiyyat naziri Azərbaycan-Rusiya iqtisadi əməkadşlığında bank sektorunun rolunu qeyd edib, "Roseksimbank"la əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
"Roseksimbank"ın İdarə Heyətinin sədri rusiyalı sahibkarların Azərbaycanda həyata keçirilən layihələrdə iştirakda marağını ifadə edib, iş birliyinin iqtisadi əməkdaşlığa, biznesin canlanmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına töhfə verəcəyini vurğulayıb.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var