Rusiya tərəfi öz helikopterini vurub - ekipaj həlak olub
Rusiyanın hava hücumundan müdafiə sistemlərinin "Mi-8" hərbi helikopterini vurduğu və nəticədə ekipajın həlak olduğu bildirilir.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın "Fighterbomber" adlı hərbi kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, helikopter pilotsuz uçuş aparatlarının (PUA) hücum ərazisindən çıxarılmağa çalışılıb. Digər hərbi mənbə olan "Helicopterpilot" isə yazıb ki, helikopterin bazalandığı ərazidə dron hücumundan uzaqlaşdırılmasına cəhd edilib.
Hadisənin Voronej vilayətinin Anninski rayonunda baş verdiyi bildirilir. "112" və "İzvestiya" kanalları helikopterin qəzaya uğradığını və üç ekipaj üzvünün öldüyünü yazıblar.
"Mash" kanalı onların pilot, şturman və nişançı olduğunu qeyd edib.
Hadisənin səbəbi ilə bağlı müxtəlif ehtimallar səsləndirilir. "Fighterbomber" kanalında helikopterin "dost-düşmən" sistemindəki nasazlığın hava hücumundan müdafiə qüvvələrinin atəş açmasına səbəb ola biləcəyi bildirilib.
Digər ehtimal kimi pilotların uçuş rəhbərinin və ya aviasiyanın yönləndirilməsi məntəqəsinin helikopterin geri çəkilməsi ilə bağlı göstərişlərini yerinə yetirməməsi göstərilir.
Qeyd edək ki, bunlar ilkin məlumatlar və hərbi mənbələrin irəli sürdüyü ehtimallardır. Hadisənin rəsmi səbəbi açıqlanmayıb.

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb - (Foto)
İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR
Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı
Reper Navainin anası danışdı: 'Oğlumu şərləyiblər
Survivor 2027'nin kapitanları onlar oldu
"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab
Stresə qarşı ən yaxşı vasitə açıqlandı
"Türkiyə şirkətlərinə Azərbaycanda geniş imkanlar yaradılıb" – Eldəniz Əmirov
Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi
"Barselona" rekord qırdı
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"– Binəli Yıldırım danışdı
İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Derimod-un "Vision 2030" yolunda yeni mərhələ: Bakı
Bakıda məktəb mühafizəçisinə hücum edildi
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto