Rusiya Türkiyənin vasitəçilik təklifini təsdiqlədi
Türkiyə Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün keçiriləcək növbəti danışıqlar raunduna ev sahibliyi etməyə hazırdır. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya-ASEAN sammiti çərçivəsində jurnalistlərə verdiyi açıqlamada Ankara ilə bu istiqamətdə təmasların davam etdiyini bildirib.
KONKRET.azxarici mediaya istinadən xəbər verir ki, Uşakov Türkiyənin sülh prosesindəki aktiv rolunu vurğulayıb. O, daha əvvəl Türkiyədə baş tutan bir neçə danışıqlar raundunu xatırladaraq, Ankara ilə rəsmi Moskvanın bu formatı dəyərləndirdiyini qeyd edib: "Siz bilirsiniz ki, artıq bir neçə raund danışıqlar keçirilib. Dünən isə Türkiyə rəhbərliyinin Ukrayna böhranının tənzimlənməsi üzrə gələcək təmaslar üçün platforma təmin etməyə hazır olduğu bir daha təsdiqləndi".
Xatırladaq ki, müharibənin ilk mərhələlərində İstanbul Rusiya və Ukrayna nümayəndə heyətlərinin birbaşa təmas nöqtəsi kimi çıxış edib. Türkiyənin bu istiqamətdəki diplomatik səyləri beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Moskvanın bu bəyanatı Ankara-Moskva xəttindəki diplomatik dialoqun aktiv fazada qaldığını və Türkiyənin sülh platforması kimi rolunun hələ də aktual olduğunu nümayiş etdirir.
Natiq Səlim,
KONKRET.az

600-dən çox bal toplayanlar tibbə qəbul olunmayacaqlar? - RƏSMİ AÇIQLAMA
Ukraynadan Moskvaya ŞOK təklif: Qara dənizdə qarşılıqlı zərbələr
Nikol Paşinyanın planları barədə sensasion açıqlamalar
Makron üçüncü dəfə prezident olmaq istəyir, konstitusiya qadağasını təhqir edir – Qapalı söhbətlər üzə çıxdı
Rusiya inadından dönmür - əsas şərt açıqlandı
620 manatdan başlayan mənzillər: Vətəndaşlar üçün nə dərəcədə əlçatandır?
Kəlbəcərdə mina partlayıb
Dərini səssizcə qocaldan 7 vərdiş: Hər gün fərqinə varmadan edirik
Tullantılar necə biznesə çevrilir? - "Tullantıların biznesi" kitabı nəşr olundu
Arıqlamaq istəyənlər bu 11 qidadan uzaq olmalıdır
Füzulidə güclü yanğın başladı - Foto
Azyaşlı uşağın yoxa çıxması ilə bağlı məlumat
Dollar bu gün neçəyə satılır?
Qızılın bahalaşması ilə bağlı mühüm detal – TƏFƏRRÜATLAR
Biləsuvarda qətlə yetirilən Şölətin - Fotosu