Mixail Saakaşvili barəsində İLGİNC İDDİA: Deputat sevgilisi onu məhkəməyə verdi
Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko sabiq Gürcüstan prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşviliyə qarşı məhkəmə iddiası qaldırıb.
KONKRET.azxəbər verir ki, Yelizaveta Yasko məhkəmədən onların ümumi azyaşlı qızı Jasmin üzərində Mixeil Saakaşvilinin valideynlik hüquqlarından məhrum edilməsini, həmçinin uşağın yetkinlik yaşına çatana qədər aliment tutulmasını tələb edir.
İddialar Kiyevin Şevçenko Rayon Məhkəməsinin Vahid Dövlət Məhkəmə Qərarları Reyestrinə daxil olub.
Gürcüstanda həbsdə olan Saakaşvili isə "X" sosial şəbəkəsindəki səhifəsində məsələyə münasibət bildirərək iddiaları rədd edib. O, həbsindən sonra dünyaya gələn qızı Jasmindən maddi yardımını əsirgəmədiyini, anasının uşağa mütəmadi olaraq baş çəkdiyini, həmçinin 2022-ci ildə Kiyevdə qızına mənzil hədiyyə etdiyini deyib.
Xatırladaq ki, 2013-cü ildən Gürcüstanı tərk edən və 2015-ci ildə Ukrayna vətəndaşlığı alan Saakaşvili 2021-ci ilin oktyabrında Gürcüstana qayıdarkən saxlanılaraq həbs olunmuşdu.
Müşviq Tofiqoğlu
KONKRET.az

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır