"Rusiya Ukraynada qalib gəlsə, dünya bu ssenariyə hazır olmalıdır" - İLGİNC AÇIQLAMA

ABŞ Prezidenti Co Baydenin Ukraynaın paytaxtı Kiyevə gözlənilməz səfəri baş tutub. Səfər çərçivəsində Bayden Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb və ölkədəki vəziyyətlə yaxından tanış olub. Sözügedən səfərin əhəmiyyəti ilə bağlı müxtəlif fikirlər səsləndirilir ki, biri də Baydenin müharibə anonsunu verməsi ilə bağlıdır.
Politoloq Yeganə Hacıyeva KONKRET.az-a mövzunu şərh edərkən bildirib ki, müharibə yalnız Ukraynanın qələbəsi ilə bitərsə, uğurlu hesab etmək olar:
Yeganə Hacıyeva, politoloq
"Hər gün daha çox aydın olur ki, Ukraynadakı müharibə hamını yorub və müharibənin bitməsi ilə bağlı hər kəsdə əminlik var. Son 6 ayda müharibənin hər kəsi yorması ilə bağlı fikirlər istər Avropa Birliyi rəsmiləri tərəfindən, istərsə də Baydenin öz dilindən dəfələrlə səslənib. Bayden bildirib ki, ABŞ və tərəfdaşları müharibədən yorulublar. Aydın məsələdir ki, müharibənin bitməsi hər kəsin ümumi rəyidir. Qərb dünyasında müharibənin bitməsinin ən uğurlu ssenarisi isə məhz Ukraynanın qalibiyyəti ilə bağlı fikirlər qəbul edilir. Bu ssenari isə təkcə Ukrayna üçün deyil, bütün dünya üçün ən uğurlusudur. Çünki əks halda bu dünyada diktatorlar və totalitar sistemlərə digər ölkələri işğal edib və daha sonra işğal olunan əraziləri sülhə məcbur edib torpaqların ələ keçirilməsi istiqamətində yeni mərhələ açacaq. Rusiyanın Ukraynada qalib gələcəyi təqdirdə dünya belə ssenariyə hazır olmalıdır. Onu da qeyd etmək lazımdır ki, Rusiyanın özü də Ukraynada kifayət qədər yorulub.
Hətta deyərdim ki, əgər Ukrayna və tərəfdaşları yorulubsa, müharibə Rusiyanı həm də bitirib. Bunun da psixoloji aspektləri var. Dövlət və xalq olaraq haqlı olduğu üçün Ukraynanın öz torpaqlarını işğaldan azad etmək kimi bir istəyi var. Amma Rusiya cəmiyyətində bu istək yoxdur. Rusiya vətəndaşları Ukraynada vuruşmaq istəmir. Bunun bir səbəbi Ukraynanın qardaş xalq olduğunu və digər səbəbi isə müharibənin ədalətsiz və haqsız olduğunu bilməkləridir. Daha öncə, hələ çar zamanlarında da onlar müharibəni ya çar Rusiyasının, ya da SSRİ xalqlarının iştirakı və hesabına qalib gəliblər. Elə Ukraynanın özündə də döyüşənlər daha çox məhz qeyri-rus millətlərinin vətəndaşlarıdır. Rusiya döyüşmək üçün daha çox qeyri-rus millətlərindən olan vətəndaşları göndərmək istəyir. Bunun da bir neçə səbəbi var və biz onları artıq sadalamışıq. Yəni Rusiyanın bu müharibədə uğursuzluğunun 50%-i qeyd etdiyim kimi, döyüşmək istəməməkləridir. Digər 50%-i isə döyüşə bilməməkləri ilə bağlıdır".
Bildirib ki, Bayden-Zelenski görüşündən əvvəl baş verən hadisələrə xüsusilə diqqət etmək lazımdır:
"Baydenin Ukraynaya səfəri və onlara yardım göstərəcəyi ilə bağlı fikirləri şərh etməzdən əvvəl bu mərhələdə digər yerlərdə baş verənlər haqqında danışmaq lazımdır. Keçən həftə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupu-Ramşteyn formatının növbəti 9-cu iclası baş tutdu. Daha öncəki iclasların ənənəvi "Ukrayna ordusu üçün təlim proqramları, maddi-texniki təminat, texniki xidmət, təmir" mövzusundan kənarda üç vacib qərar qəbul olundu.
Ukrayna səmasının mühafizəsi və bura aviasiya platformasının cəlb edilməsi;
Ümumavropa tank koalisiyasının" inkişafı və təchizat yükü ehtiyatının tətbiqi;
Hərbi Şengen şərtlərinin praktiki tətbiqi.
Bu görüşdə ümumi Avropa ərazisinə silahların təcili keçirilməsi və bürokratik əngəllərə görə silahların gecikməsinin qarşısını almaq üçün hərbi şengen tətbiq etmək haqqında razılığa gəldilər. Bu müharibənin artıq aktiv fazasına başlamaq hazırlığı idi. Bu o demək idi ki, Avropanın timsalında NATO tərəfdaşları da Ukraynadakı müharibəyə qoşulur. Avropanın müdafiəsində Böyük Britaniyanın vacib hərbi bazalarında məhz Ukrayna əsgərləri genişmiqyaslı və çox sürətli bir hücum planın işləməsi ilə bağlı onları öyrədirlər. Ukrayna ordusunun arsenalında olmayan silahların istifadəsi ilə bağlı təlimlər keçirlər. Bu o deməkdir ki, onlar çox ciddi müharibəyə hazırlaşırlar. Tətbiq olunan hərbi şengenlə onlara bu silahlar təcili çatdırılacaq. Savaşın aktiv fazasında isə Ukrayna qalib gəlməlidir".
Politoloqun sözlərinə görə, Baydenin Kiyevə səfər etməsinin xüsusi əhəmiyyəti yoxdur:
"Müharibədə Ukraynanın qələbə çalması üçün hər cür şərtlər var. Amma qeyd etmək lazımdır ki, Rusiya da buna hazırlaşır. Sayca artıq 5-ci mobilizasiyasını elan etməyi planlaşdırırlar. Amma Rusiyanın Ukrayna ərazilərindəki itkiləri haqqında danışırıqsa, bu itkilər bir dövlət və xalq üçün katastrofik itkilərdir. Bu bir xalq üçün demokrafik faciədir. 130 min vətəndaşın ölməsi nə deməkdir? Onun demokrafik nəticəsi dəhşətlidir. Bu gün 130 min kişi ya oğul, ya ata, ya qardaş, ya da həyat yoldaşıdır. Bu faciə də məhz Rusiya hakimiyətinin səhv qərarlarının nəticəsidir. Baydenin Kiyevə gözlənilmədən getməsi sadəcə müharibənin anonsudur, səfərin bundan əlavə xüsusi əhəmiyyəti yoxdur. Səfərin əhəmiyyəti sadəcə Baydenin Ukraynaya gəlib, bunu orada özü elan etməsidir. Qalan hazırlıq, mesajlar və s. paralel olaraq, Baydenin səfərindən öncə Münhen Təhlükəsizlik Konfransında ABŞ və Avropanın Ukraynanın müdafiəsi istiqamətində müzakirə və təkliflərində səsləndirilib. Ümumiyyətlə, Bayden Ukraynaya səfəri çərçivəsində o konfransda səsləndirilən fikirlərdən fərqli heç bir fikir səsləndirmədi. Əksinə orada ABŞ və Avropa Birliyinin rəsmiləri daha geniş fikirlər səsləndirdilər. Bu sadəcə Baydenin Kiyevə gedərək müharibəni elan etməsi idi. Bu da simvolik mənəvi dəstək və simvolik proseslərə artıq ABŞ-ın da daxil olması mesajını verməkdir. Bu müharibənin yekun və təhlükəli mərhələsinin başlanğıcıdır".
Fidan Ali,
KONKRET.az

Siyasi       Tarix: 22 fevral 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Hikmət Hacıyev professor Ceffri Saks ilə görüşdü – FOTO

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iqtisadiyyat üzrə dünya şöhrətli professor Ceffri Saks ilə görüşüb. xəbər verir ki, o, bu barəd

Azərbaycan üçün yeni imkanlar açılır – Avropa ilə milyardlıq əməkdaşlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen dünən mətbuata bəyanatlarla çıxış ediblər. Dövlət başçımızın da qeyd etdiyi kimi, Avropa Komissiyası ilə Azərbayca

Türkiyənin qorxulu düşməni İrana qarşı hərəkətə keçdi – Sərhəddə SENSASİYA

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin şimal-qərbində silahlı qrupların tamamilə zərərsizləşdirildiyini açıqlayıb. Məlumata görə, əməliyyat İran Kürdüstanı Demokrat Partiyası ilə əlaqəli olduğu iddia edilə

Aİ Navalnının ölümü ilə bağlı 6 rusiyalı alimə sanksiya tətbiq etdi

Avropa İttifaqı Şurası 6 nəfər rusiyalı alim və tədqiqatçıya sanksiya tətbiq edib. apa-ya istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının saytında qeyd olunub. Bildirilib ki, sözügedən şəxslər rusiyalı müxalifətçi Alekse

ABŞ Cənubi Qafqaza niyə hələ də səfir göndərmir? - İLGİNC SƏBƏBLƏR

ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirliklərinin uzun müddətdir daimi səfirsiz fəaliyyət göstərməsi Vaşinqtonun Cənubi Qafqaz siyasəti ətrafında müzakirələri yenidən gündəmə gətirib. Regionda geosiyasi prosesləri

İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 1-də mətbuata bəyanatlarla çıxış ediblər. xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış etdi

ABŞ helikopteri qəza keçirdi: İtkin düşənlər var

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS George H.W. Bush" təyyarədaşıyan gəmisinə təhkim olunmuş "MH-60S Seahawk" helikopteri Ərəbistan dənizində qəzaya uğrayaraq suya düşüb. Bu barədə ABŞ-nin Beşinc

Rusiyada ermənilər "sıradan çıxdı" – yerini azərbaycanlılar tutur

"Məni iqtisadiyyat barədə təsəvvürlərimiz sadəcə heyrətləndirir. Elə vəziyyətə çatmışıq ki, artıq iqtisadiyyatı da "Rusiya yönümlü" və "Qərb yönümlü" kimi ayırırıq". -a istinadən xəbər veri

Azərbaycan və İrlandiya diplomatik münasibətlərin 30 illiyini qeyd edir

Azərbaycan və İrlandiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur.  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində paylaşım edib. "Bu gün Azərbayca


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbər az cəbhədən video maşın realiti şou son xeberler az