Rusiya Ukraynanın ərazisində yeni dövlət yaratmaq istəyir - AÇIQLAMA
Ukraynada iki aydan çoxdur işğalçı müharibə aparan Rusiya hədəfələrini dəyişmək istəyir. Yayılan məlumatlara görə, Kreml Ukraynada müharibə elan etmək ssenarisini nəzərdən keçirir. Britaniyanın müdafiə naziri Ben Uolles LBC Radio-ya verdiyi müsahibəsində isə deyib ki, Putin özünün "xüsusi hərbi əməliyyat"ından kənarlaşmağa çalışacaq.
İndiki məqamda Rusiya Ukraynaya rəsmi şəkildə müharibə elan edə bilərmi? Bunun Rusiya üçün hansı təsirləri ola bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Turan Rzayev bildirib ki, Rusiyanın Ukraynaya rəsmi şəkildə müharibə etməsinə ehtiyac yoxdur:
"Çünki şimal qonşumuzun Ukraynada "xüsusi əməliyyat" adlandırdığı məsələ real müharibədir. Buna başqa ad vermək olmaz. Lakin ölkənin siyasi rəhbərliyinin yaxın vaxtlarda belə bir addım atması gözlənilir. Belə olan halda Rusiyada səfərbərlik elan edilə bilər. Hazırda Ukraynaya hücum edən rus hərbçilərinin sayı 200 mindən çox deyil. Müharibə elan edilərsə bu rəqəm daha da artacaq. Bu isə Rusiyanın daha çox itki verməsinə səbəb olacaq. Çünki Avropadan Ukraynaya böyük həcmdə hərbi yardım göndərilir".
Politoloqun fikrincə, müharibə elan ediləcəyi təqdirdə mülki şəxslər də hərbi əməliyyatlara cəlb oluna bilər. Bu isə ölkənin daxilində sosial narazılıqları daha da artıracaq:
"Çünki rus xalqı bu müharibədə öz övladını qurban verməyə razı olmayacaq. Nəticə etibarilə mövcud hakimiyyətə qarşı kütləvi etirazlar başlaya bilər. Hesab edirəm ki, indiki halda Kremlin rəsmi şəkildə müharibə elan etməsinə ehtiyac yoxdur. Çünki bütün dünya Rusiyanı işğalçı dövlət kimi tanıyır. Putin faktiki olaraq beynəlxalq hüquqa zidd gedir. Müharibənin miqyasının genişlənməsi heç kimə lazım deyil. Əgər belə olarsa bütün məsuliyyət Rusiyanın üzərində qalacaq. Kremlin hədəfi Stalinin dövründə Ukraynaya verilən əraziləri geri qaytarmaqdır. Bunu birbaşa edə bilmədiyi üçün Ukraynanın ərazisini parçalayaraq orada yeni dövlət yaratmaq istəyir. Həmin məqsəd üçün ilk olaraq separatçı respublikalar yaradıldı. Rusiya sonda bu kiçik respublikaları konfederasiya halında birləşdirərək yeni dövlət yaratmağı hədəfləyir. Putinin hədəfinə çatıb-çatmayacağını isə zaman göstərəcək".
Şəbnəm Mehdizadə,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi