Rusiya uşaq əməyinə və sovet düşərgələrinə qayıtdı
Rusiya Ukraynadakı müharibə və ölkənin demoqrafik tənəzzülü səbəbindən yaranan ciddi işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq üçün qanuni iş yaşını 12-yə endirməyi və sovet tipli yay əmək düşərgələrini bərpa etməyi düşünür.
KONKRET.az xəbər verir ki, bu barədə "Telegraf" nəşri məlumat yayb.
Rusiyanın uşaq hüquqları üzrə komissarı Olqa Yaroslavskaya bildirib ki, bir çox yeniyetmə yay tətilləri zamanı işləmək istəyir və düşərgələr də yay tətilində dincəlmək imkanı olmayan yeniyetmələri işlə təmin edəcək:
"Düşünürəm ki, əmək düşərgələrinin qaytarılması uşaqlarımızın dəstəkləyəcəyi real bir ssenaridir".
Qeyd edək ki, Rusiya əmək qanunvericiliyi uşaqların 14 yaşından etibarən valideynin yazılı razılığı ilə işləməsinə və ya 15 yaşından etibarən müstəqil olaraq əmək müqaviləsi bağlamasına icazə verir.

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK