Rusiya və ABŞ-ın sahib olduğu "Qiyamət günü təyyarəsi" nədir? - FOTO

Rusiya və ABŞ-ın sahib olduğu Rusiya və ABŞ-ın sahib olduğu "Qiyamət günü təyyarəsi" nədir? - FOTO
"Qiyamət günü təyyarəsi" kimi tanınan "II-80" illər sonra Rusiyanın Qələbə paradının məşqində nümayiş olunub. ABŞ-da da fövqəladə hallar üçün eyni məqsədli təyyarənin hazır vəziyyətdə saxlandığı bildirilir.
Bu il Rusiyanın Qələbə paradına hazırlıqlar əsnasında Moskva səmalarında Müqəddəs Vasili Kilsəsi üzərində Tu-160 strateji bombardman təyyarələri və səsdən sürətli reaktiv təyyarələrin uçuşu baş tutub. Digər tərəfdən də "II-80" olaraq da tanınan "Qiyamət günü təyyarəsi" 2010-cu ildən bəri ilk dəfə görünüb.
Bu təyyarənin nüvə təhlükəsi vəziyyətində Rusiya dövlət başçısı və yüksək səviyyəli siyasətçiləri havada səfərbər etməsi nəzərdə tutulur.
Putinin bu təyyarəni nümayişindən 24 saat sonra ABŞ-ın eyni məqsədlə hazırlanan və "Gecə keşikçisi" adı ilə bilinən Boeing E-4 Qabaqcıl Hava İdarəetmə Təyyarəsi Kaliforniya səmalarında görünüb. Hər hansı milli təhlükəsizliyə təhdid hallarında ABŞ prezidenti, müdafiə naziri və Baş Qərargah heyətinin bu təyyarədə olması nəzərdə tutulur.
ABŞ-ın "Qiyamət günü təyyarəsi" 112 nəfərlik tutuma malikdir. Təyyarənin içindəki 65 kiçik peykdən ibarət olan kommunikasiya sistemləri ABŞ dənizaltı rabitə də daxil olmaqla dünya üzrə hər yer ilə hər zaman əlaqə qurmasını təmin edir. Əgər ABŞ prezidenti ölkə daxilindədirsə, üç qatlı, 200 milyon dəyərindəki "Qiyamət günü təyyarələri"ndən hər biri hər an uçuşa hazır şəkildə saxlanılır. İstər Rusiya, istərsə də ABŞ-ın "Qiyamət günü təyyarələri" haqqında hərbi sirr olduğu üçün detallı məlumat açıqlanmır.
ABŞ-ın "Qiyamət günü təyyarəsi" havada üç dəfə yanacaq doldurma imkanına malik olmaqla altı tankerlik yanacaqla səkkiz gün ərzində 22 min 538 dəniz mili yol qət edə bilir. Bu təyyarələrdən dörd ədəd var və 1980-ci ildən bəri hazır şəkildə saxlanılır.
Bu təyyarə rəqəmsal deyil, analoji konsollar şəkində texnologiyaya sahibdir ki, hər hansı nüvə müharibəsi durumunda rəqəmsal infrastrukturun çökə biləcəyi düşünülür. Bu təyyarələrin istismar müddətinin 2039-cu ilə qədər olduğu qeyd olunur.
Rusiya və ABŞ-ın sahib olduğu Rusiya və ABŞ-ın sahib olduğu Rusiya və ABŞ-ın sahib olduğu Rusiya və ABŞ-ın sahib olduğu Mənbə: Haber Global

Maraqlı       Tarix: 11 may 2022
f Paylaş

Oxşar xəbərlər

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"


azerbaycan xeberleri son xeberler yeni xeberler futbol xeberleri son xeberler bugun 2026 canli son xeberler bu gun en son xeberler