Rusiya və Çin dünyanı dollardan xilas etmək istəyir - ABŞ valyutasının hegemonluğu nə qədər davam edəcək?

Rusiya və Çin dünyanı dollardan xilas etmək istəyir - ABŞ valyutasının hegemonluğu nə qədər davam edəcək?Politoloq Rostislav İşçenko ABŞ-ın beynəlxalq aləmdə baş verən geosiyasi hadisələr fonunda iqtisadi mövqelərini itirməyə başladığı barədə fikir səsləndirib. Ekspert qlobal maliyyə bazarındakı vəziyyəti təhlil edərək, tezliklə dolların hansı aqibətlə üzləşəcəyini açıqlayıb. Politoloq Vaşinqtonun öz mövqelərini itirəcəyini deyib və bunu tezliklə dolların dünya ehtiyat valyutası statusundan məhrum olacağı ilə izah edib. Bəs görəsən politoloqun səsələndirdiyi fikirlər nə dərəcədə realdır? ABŞ dolları öz hegemonluğunu itirə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, dolların hegemonluğunun aradan qaldırılması istiqamətində uzun zamandır fikirlər səsləndirilir və bəzi addımlar atılır: "Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin əsas hədəfələrdən biri dünyanı Qərbin, ABŞ-ın maliyyə asılılığlndan qurtarmaqdır. Onlar dolların dominantlığına son verməklə maliyyə sisteminin müstəqiliiyinə nail olmaq istəyirlər. Lakin uzun zamandır görülən bəzi işlərə rəğmən hələlik bu planın reallaşması qeyri-mümkündün. Valyuta ehtiyatlarının 60 faizi dollarda saxlanılır. Hesablaşmalarda da dolların əhəmiyyəti olduqca böyükdür. Şimali Amerika tam olaraq dollarla hesablaşır. Avropada isə avro dominantlıq edir. Şərqi və Cənub Şərqi Asiyanın əhəmiyyətli hissəsi isə dollarla hesablaşmaq məcburiyyətindədir. Rusiya və Çin dünyanı dollardan xilas etmək istəyir. Rusiyaya tətbiq olunan sanksiyalar onu buna məcbur edir".
Rusiya və Çin dünyanı dollardan xilas etmək istəyir - ABŞ valyutasının hegemonluğu nə qədər davam edəcək?İqtisadçı əlavə edib ki, ABŞ-ın dünyadakı gücü dollarla bağlıdır və rahatlıqla sanksiyalar tətbiq edə bilir: "ABŞ Rusiya və Çinin niyyətini başa düşür və onun baş tutmaması üçün bütün addımları atır. Təbii ki, ABŞ-ın dolları siyasi təzyiq və sanksiya alətinə çevirmək siyasəti hegemon valyutanın nüfuzuna zərbə vurur. İnsanlar dolların hakim mövqeyindən imtina etmək istəyir. Lakin yaxın gələcəkdə bu çox çətindir. Həmçinin, tətbiq olunan sanksiyalar dolların nüfuzunu aşağı salmaqla yanaşı ehtiyat valyutası kimi onun payını azalda bilər. Lakin bir müddət dollar və avro ən etibarlı valyuta olaraq qalacaq və yaxın illərdə ABŞ valyutası dünyada öz hökmranlığını saxlayacaq. Çünki dolların arxasında güclü iqtisadiyyat dayanır və ondan can qurtarmaq bir o qədər də asan deyil. Bununla yanaşı son illər kripto valyutaların ön plana çıxması dolların nüfüzunu aşağı sala bilər. İki həftə öncə Co Bayden kripto valyuta sahəsində starategiyanın qurulması üçün hökumətə 6 ay vaxt verdi. Görünür, ABŞ bu sahədə də dominantlığı əldən vermək niyyətində deyil".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Sosial       Tarix: 19 mart 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


azerbaycan xeberleri son xeberler yeni xeberler siyaseti xeberler bugun son xeber.az cəbhədən son xəbərlər 2026 bu gune olan xeberler