Rusiya XİN: Aksiyaya çağırışla bağlı Bakıdakı "Rus Evi" adından yayılmış xəbərlər feykdir

Rusiya XİN: Aksiyaya çağırışla bağlı Bakıdakı Rusiya Xarici İşlər Nazirliyi aksiyaya çağırışlarla əlaqədar Bakıdakı "Rus Evi" adından yayılmış xəbərləri feyk adlandırıb.
KONKRET.az xəbər verir ki, Rusiya XİN bu gün yaydığı açıqlamada "Rus Evi" adından yayılmış, fevralın 13-də saat 10.00-da Bakının "Azadlıq" meydanında "Rus Evi"nin müdafiəsinə həsr olunmuş mitinqə çağırışların feyk olduğu bildirib.
Qeyd olunub ki, Bakıdakı "Rus Evi" ətrafında sosial şəbəkələrdə yayılan dezinformasiyalar məlum təlimatlara əsaslanır və Rusiya-Azərbaycan əlaqələrinə xələl gətirmək məqsədi daşıyır.
"Sosial şəbəkələrdə "bakılıları və rus irsinə və mədəniyyətinə dəyər verən və hörmət edən hər kəsi Bakıdakı "Rus Evi"nə dəstək aksiyasında iştirak etməyə çağıran materiallar feykdir, kütləvi auditoriyada emosional reaksiya yaratmaq üçün nəzərdə tutulub", deyə Rusiya XİN-nin açıqlamasında bildirilir.
Qeyd edək ki, Bakıdakı "Rus Evi"nin adından başqa saxta məlumatlar da yayılıb. Xaricdə Azərbaycan əleyhinə fəaliyyət göstərən bəzi "youtube" kanalları da həmin məlumatlara istinadən materiallar yayıb.
Əlavə edək ki, Azərbaycan "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya nota göndərib.
"Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – "Rus Evi"nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, 3 fevral 2025-ci il tarixində "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.
Bakıdakı "Rus Evi" isə bu gün açıqlama yayaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tələbi ilə əlaqədar, "Rossotrudniçestvo"nun nümayəndəliyi – Bakıdakı "Rus Evi" öz fəaliyyətini dayandırdığını bildirib.//APA

Siyasi       Tarix: 12 fevral 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam olur. xəbər verir ki, 1991-ci il oktyabrın 18-də Ali Sovet "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiy

Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, bu barədə Nümayəndəliyin "X" sosial şəbəkəsindəki rəsmi hesabınd

Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev almanlar və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixinə həsr olunmuş "Counterpoint"

Tramp "topal ördək" vəziyyətinə düşə bilər' - Politoloq

ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilər Konqresdə qüvvələr nisbətini dəyişə və Prezident Donald Trampın hakimiyyətinin son iki ilinə ciddi təsir göstərə bilər. "Reuters"in məlumatına görə, hazırda Konqresi

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından altı il ötür. xatırladır ki, oktyabrın 17-də Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Baş Prokurorluğun beynəlxalq axtarışa verdiyi Türkiyənin "Şanlıurfa Olay" qəzetinin köşə yazarı Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib. xəbər verir ki, o bu barədə "X" sosial media hesabınd

AQEM-də İlham Əliyevin çıxışı: Ermənistanın məsuliyyəti və beynəlxalq təşkilatların fəaliyyəti gündəmdə

Prezident İlham Əliyevin AQEM-in VII Zirvə Görüşündə səsləndirdiyi fikirlər Ermənistanın keçmiş və indiki rəhbərliyinin məsuliyyəti, eləcə də beynəlxalq təşkilatların münaqişələrin həlli istiqamətindəki fəaliyyəti ilə bağl

Biz eyni ananın iki oğluyuq - Dövlət Bağçalıdan Azərbaycana təbrik

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycanın 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik mesajı yayıb. xəbər verir ki, Bağçalı Azərbaycanın müstəqilliyinin bərpasını

Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi

XIX əsrin sonlarında Yaponiya Qərbin qurduğu dünya nizamına qoşulmağa məcbur oldu. Lakin Avropa dövlətləri yəqin ki, yaponların bu yeni sistemin qaydalarını nə qədər sürətlə mənimsəyəcəyini və qısa müddətdə öz müəllimlərin


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbər.az valyuta mezennesi banklar cəbhədən son görüntülər sonxeber az