Rusiya XİN: "Qarabağda beynəlxalq missiyanın yerləşdirilməsi üçün Bakının da razılığı tələb olunur"
Rusiya Xarici İşlər Nazirliyi Qarabağda beynəlxalq missiyanın yerləşdirilməsi ideyasına münasibət bildirib.
KONKRET.az xəbər verir ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə "Ermənistan XİN başçısı Ararat Mirzoyan "İrəvan Qarabağa beynəlxalq missiyanın göndərilməsinə məsələsində Moskva ilə əməkdaşlığa ümid edir" bəyanatı ilə çıxış edib. Bəs Rusiya Ermənistanın Qarabağda beynəlxalq missiyanın yerləşdirilməsi ideyasına necə yanaşır?" suala cavabında 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Qarabağda Rusiya hərbi kontingentinin yerləşdirildiyini xatırladıb.
"Bir çox məsələlər əlbəttə ki, tərəflərin özlərinin siyasi iradəsindən asılıdır. Vacibdir ki, üçtərəfli razılaşmaların bütün müddəalarına riayət olunsun. Çünki, bu razılaşmalar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının "yol xəritə"sini müəyyən edib. O ki qaldı yeni missiyaya, bunun üçün İrəvanın olduğu kimi Bakının da razılığı tələb olunur. Lakin bugünkü gün biz belə şeyi görməmişik. Hər iki tərəfin bununla bağlı (Qarabağda beynəlxalq missiyanın yerləşdirilməsi-red) razılığının mövcudluğunu nəzərdə tuturam",- deyə Zaxarova vurğulayıb.

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir