Rusiya XİN: 'Qarabağla bağlı üçtərəfli bəyanata ümumilikdə riayət olunur

Rusiya XİN: 'Qarabağla bağlı üçtərəfli bəyanata ümumilikdə riayət olunur10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulmuş müddəalara ümumilikdə riayət olunur.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanatın ildönümünə həsr olunan bəyanatında deyilir.
"Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına hərtərəfli kömək göstərəcək, Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi məsələləri ilə bağlı bütün səviyyələrdə əlaqələrin genişləndirilməsinə yönəlmiş dinc təşəbbüsləri dəstəkləyəcəyik. Azərbaycan və Ermənistan xalqları arasında etimad mühitinin formalaşdırılması məqsədilə Rusiya Federasiyasının iştirakı ilə Azərbaycan Respublikası və Ermənistan Respublikasının ictimaiyyət nümayəndələri arasında dialoqa da dəstək verməyə hazırıq.
Cənubi Qafqaz ölkələri və onların qonşuları arasında mehriban qonşuluq münasibətlərinin qurulmasına, qarşılıqlı fayda kəsb edən regional əməkdaşlığın inkişafına tərəfdarıq", - Rusiya XİN-in bəyanatında deyilir.
Rusiya xarici siyasət idarəsinin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021-ci il tarixli bəyanatında öz əksini tapmış Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı vəzifələri öz tərəfdaşları ilə birlikdə ardıcıl şəkildə həyata keçirmək niyyətində olduğu qeyd edilir.
Bundan başqa, bəyanatda Azərbaycan-Ermənistan sərhədində gərginliyin azaldılmasının, delimitasiya, ardınca isə demarkasiya prosesinin tezliklə başlanılmasının vacibliyi vurğulanır.
///Report

Siyasi       Tarix: 09 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini


yeni xeberler son xeberler azerbaycan xeberleri azerbaycanda son xeberler maraqlı xəbərlər cəbhədən son xəbər ən son xəbər