Rusiya XİN rəsmisi azərbaycanlı alimə təşəkkür etdi
Rusiya XİN rəsmisi azərbaycanlı alimə təşəkkür etdi
"Sloveniyada ikinci dünya müharibəsi illərində yerli partizanlarla çiyin-çiyinə vuruşmuş Qızıl Ordu əsgərlərinin abidəsi açılıb. Azərbaycanlı tarixçi İlham Abbasovun Rusiya arxivlərində apardığı tədqiqatlar nəticəsində 1945-ci ilin yazında Aydovsçina şəhəri yaxınlığında həlak olaraq yerli antifaşist hərəkatı iştirakçıları ilə birgə toplu məzarlıqda dəfn olunmuş 16 nəfər Qızıl Ordu döyüşçüsünün şəxsiyyəti müəyyənləşdirilib".
"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.
Həmin əsgərlərin adlarının həkk olunduğu yenilənmiş abidənin açılış mərasimində şəhər meri və yerli rəsmilərlə yanaşı Rusiyanın Sloveniyadakı səfiri Teymur Eyvazovun da iştirak etdiyi qeyd olunub.
"Bu hadisəni Rusiya ilə Sloveniya tarixinin birgə səhifələrinə hörmət nişanəsi, tarixi yaddaşı qorumaq mövqeyimizin təsdiqi kimi qəbul edirik. Həmçinin Azərbaycandan olan dostumuza da ayrıca təşəkkür edirik", - deyə Rusiya XİN rəsmisi vurğulayıb. /oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar