Rusiyada azərbaycanlı: "Məni atalıq hüququndan və ovladlarımdan məhrum etməyin
Rusiyada azərbaycanlı: "Məni atalıq hüququndan və ovladlarımdan məhrum etməyin"
Rusiyanın Çelyabinsk vilayətində Azərbaycan vətəndaşı çıxılmaz vəziyyətə düşüb.
Chel.aif.ru-nun xəbərinə görə, bu ilin fevral ayında Çelyabinskdə yaşayan Qabil Əliyevin vətəndaş nikahında olduğu arvadı vəfat edib.
Q.Əliyev 17 il Rusiyada yaşasa da, bu ölkənin vətəndaşlığını ala bilmədiyi üçün onların münasibətləri rəsmiləşməyib. Eyni zamanda, Q.Əliyevə dörd övladına atalıq hüququ verilməyib.
Onun dörd övladı uşaq evinə yerləşdiriləcək və ya qəyyumluqları hansısa qohuma veriləcək.
Bu məsələdə kömək istəyən Q.Əliyev vilayət qubernatoru Aleksey Tekslerə müraciət edib.
"Mən həmişə işdə olmuşam, yoldaşım isə evdə uşaqlarla maraqlanıb. Vətəndaşlıq almaqla bağlı sənədləri hazır edə bilməmişik. Övladlarım yaxşı oxuyur və idmanla məşğul olurlar. Uşaqlarımla həmişə maraqlandığımı şahidlər təsdiqləyə bilər. Mənə Rusiya vətəndaşlığı almaq lazımdır. Məni atalıq hüququndan və övladlarımdan məhrum etməyin", - deyə o bildirib.
Artıq Çelyabinsk vilayətinin Uşaq Hüquqları üzrə səlahiyyətli nümayəndəsi Yevgeniya Mayrova Q.Əliyevlə bu barədə danışıb. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb