Rusiyada DƏHŞƏTLİ PARTLAYIŞ: 52 nəfər həlak oldu, çox sayda yaralı var (YENİLƏNDİ)
Kemerovo vilayətindəki "Listvyajnaya" mədənində baş vermiş fövqəladə hadisə nəticəsində xəsarət alanların sayı 57 nəfərə çatıb.
Publika.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Xidmətindən məlumat verilib.
"Axtarış-xilasetmə əməliyyatında iştirak edən mədən xilasediciləri də daxil olmaqla, ümumilikdə 57 nəfər xəsarət alıb", - mənbə bildirib.
Kuzbass Sibir Federal Dairəsinin Kemerovo vilayətinin Belovski rayonundakı "Listvyajnaya" mədənində fövqəladə hadisə cümə axşamı səhər saatlarında baş verib. Ümumilikdə yerin altında 287 nəfər olub. Son məlumatlara görə, altı xilasedicisi də daxil olmaqla 52 nəfər həlak olub.
Faktla bağlı cinayət işi açılıb. Baş prokurorun müavini Dmitri Demeşin qeyd edib ki, fövqəladə vəziyyətə səbəb metan partlayışı olub.
Rusiya Federasiyası baş prokurorunun müavini Dmitri Demeşinin sözlərinə görə, mədəndə fövqəladə vəziyyətə səbəb metan partlayışı olub.
Listvyazhnaya mədəni 2003-cü ilin oktyabrında Kemerovo vilayətinin Belovski rayonundakı "İnskaya" mədəninin bazasında yaradılıb və "SDS-Ugol" şirkətinin tərkibində fəaliyyət göstərən kömür hasilatı müəssisəsidir.
xxx
25.11.2021 - 23:13
Kuzbass Sibir Federal Dairəsinin Kemerovo vilayətindəki "Listvyajnaya" mədənində baş vermiş partlayış nəticəsində 52 nəfər həlak olub.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Xidmətindən məlumat verilib.
Bildirilib ki, ölənlər arasında 6 nəfər xilasedici var.
Xatırladaq ki, bu gün Moskva vaxtı ilə saat 04.30-da Kemerovo vilayətinin "Listvyajnaya" mədənində tüstülənmə baş verib. Regional hakimiyyət orqanlarının məlumatına görə, mədəndə 285 nəfər olub, onlardan 239-u səthə çıxarılıb. Ümumilikdə 49 şaxtaçı yaralanıb, 37 nəfər xəstəxanaya yerləşdirilib. İlkin məlumatda bildirilirdi ki, hadisə nəticəsində 11 nəfər həlak olub.
Noyabrın 26-dan 28-dək vilayətdə matəm elan edilib.
Hüseyn

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək