Rusiyada istefada olan kəşfiyyatçı general intihar etdi
Rusiya Xarici Kəşfiyyat Xidmətinin istefada olan 90 yaşlı generalı Lev Sotskov intihar edib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Hadisə iyunun 15-də paytaxt Moskvada baş verib. Keçmiş kəşfiyyatçının ona mükafat kimi verilən tapançadan atəş açaraq özünü öldürüdüyü ehtimal olunur.
L.Sotskovun meyitini həyat yoldaşı yaşadığı mənzildə aşkarlayıb. Onun meyitinin yanında "TT" markalı tapança və qeyd aşkarlanıb.
İstefada olan general qeyddə silahın Monqolustanın xüsusi xidmətində nümayəndə olarkən hədiyyə kimi aldığını və Xalxin Qol çayı üzərindəki döyüşlərdən yadigar olduğunu yazıb.
Qeyd edək ki, L.Sotskov 1932-ci ildə Lelinqradda (Sankt-Peterburq) anadan olub. O, Moskva Beynəlxalq Münasibətlər İnstitutunu bitirdikdən sonra 40 il xüsusi xidmət orqanlarında işləyib. Bir sıra sənədli və tarixi kitabların müəlifidir. SSRİ xarici kəşfiyyatının 1930-1945-ci illərdə Böyük Britaniyadakı fəaliyyətinə həsr olunmuş "Tarantella əməliyyatı" kitabına görə 2006-cı ildə Rusiya Xarici Kəşfiyyatının mükafatını qazanıb.
L.Sotskov 2009-cu ildə "1935-1945-ci illər Polşa siyasətinin sirləri" məxfi sənədlər toplusunu hazırlayıb.//Report

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR