Rusiyada jurnalistikanın iflası və "Sputnik" sindromu: Medianın kəşfiyyata çevrilməsi

Rusiyada jurnalistikanın iflası və Rusiyanın media mühiti uzun illərdir ki, azad söz və müstəqil jurnalistika üçün təhlükəli məkan olaraq tanınır. Ölkənin ən böyük media təşkilatı olan Rusiya Jurnalistlər İttifaqı (Союз журналистов России) isə mövcud böhranın qarşısında susqunluq nümayiş etdirir və daha çox Kremlə yaxın mövqe tutur.
Rusiyada jurnalistikanın iflası və KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Sovet İttifaqı dövründə jurnalistika yalnız xəbər vermək deyil, həm də dövlətin ideoloji və kəşfiyyat maşınının bir hissəsi olmaq vəzifəsi daşıyırdı. Xaricə ezam edilən sovet "jurnalistləri"nin böyük əksəriyyəti əslində KQB üçün çalışan agentlər idi. Onların əsas missiyası Qərbdə təbliğat aparmaq və eyni zamanda məxfi məlumat toplamaq idi. SSRİ dağıldıqdan sonra bu ənənə formal olaraq ləğv olunsa da, faktiki olaraq davam etdirildi. Xüsusilə 2014-cü ildən – Krımın ilhaqı və Donbas müharibəsindən sonra – Kreml xaricdəki "yumşaq güc" alətlərini yenidən aktivləşdirdi. Bu kontekstdə "Sputnik" və "RT" kimi media layihələri ortaya çıxdı.
"Sputnik" agentliyi formal olaraq xəbər xidməti kimi təqdim edilsə də, əslində onun fəaliyyəti Kremlin strateji məqsədlərinə xidmət edir. Məsələn, Baltikyanı ölkələrdə, Gürcüstanda və Azərbaycanda yerli informasiya məkanına təsir etmək, Kremlin narrativlərini yaymaq və cəmiyyətlərdə çaşqınlıq yaratmaq üçün istifadə olunur. Azərbaycanın "Sputnik Azərbaycan" ofisinin fəaliyyətinin də bu kontekstdə qiymətləndirilməsi vacibdir. Onun əməkdaşlarının saxlanılması, əslində jurnalistikaya qarşı deyil, məhz kəşfiyyat xarakterli fəaliyyətə qarşı addım idi. Bununla belə, Rusiya Jurnalistlər İttifaqı və bəzi beynəlxalq qurumlar məsələni azad söz kontekstində təqdim etməyə çalışaraq mahiyyəti bilərəkdən təhrif edirlər.
Rusiyada jurnalistikanın iflası və Rusiyanın mövcud media mühiti beynəlxalq reytinqlərdə ən geridə qalan ölkələr sırasındadır. "Sərhədsiz Reportyorlar"ın 2024-cü il hesabatında Rusiya mətbuat azadlığı reytinqində 180 ölkə arasında 164-cü yeri tutur. Müqayisə üçün, qonşu Gürcüstan 77-ci, Ukrayna isə 61-ci yerdə qərarlaşıb. 1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalist qətlə yetirilib və onların çoxunun işi hələ də açılmayıb. 2019–2024-cü illərdə isə ən azı 26 jurnalist siyasi motivlərlə həbs edilib. Üstəlik, ekspertlərin qiymətləndirməsinə görə, son on ildə Rusiyada müstəqil medianın həcmi təxminən 70% azalaraq demək olar ki, yox dərəcəsinə çatıb.
Rusiya Jurnalistlər İttifaqı isə ölkədə real təqiblərə və jurnalistlərin ölümünə səssiz qalaraq, məhz Kremlin təbliğat maşınına çevrilən media qurumlarını müdafiə edir.
"Sputnik" əməkdaşlarının saxlanılması kimi halları "müasir repressiya" kimi təqdim edir, lakin Anna Politkovskaya, Yuri Şekoxixin kimi qətlə yetirilən və ya həbs edilən jurnalistlərin müdafiəsi üçün heç bir ciddi mövqe ortaya qoymur. Bu, açıq şəkildə göstərir ki, Rusiyanın media strukturları hələ də sovetdən qalma ənənələr əsasında işləyir və dövlətin siyasi məqsədlərinə xidmət edir.
Rusiyada jurnalistikanın iflası və Rusiyada jurnalistika iflas edib – bir tərəfdə susdurulmuş, təqib olunan müstəqil media, digər tərəfdə isə jurnalistika adı altında fəaliyyət göstərən təbliğat və kəşfiyyat şəbəkəsi var. Beynəlxalq jurnalist təşkilatları yalnız repressiyalara qarşı çıxmaqla kifayətlənməməli, həm də medianın siyasi məqsədlərlə sui-istifadəsinə qarşı çıxmalıdırlar. "Sputnik" sindromu ilə üz-üzə olan ölkələr isə informasiya təhlükəsizliyini qorumaq üçün daha sərt və prinsipial mövqe sərgiləməlidirlər. Medianın yenidən cəmiyyətin vicdanı və nəzarətçisi ola bilməsi üçün Kremlin və onun institutlarının ifşa edilməsi həm daxildə, həm də beynəlxalq səviyyədə ciddi müzakirə mövzusu olmalıdır. Jurnalistika kəşfiyyat aləti deyil, cəmiyyətin səslərinin əks-sədası olmalıdır.

Siyasi       Tarix: 13 iyul 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb. xəbər verir ki, müraciətd

Trampı qəzəbləndirən ADDIM: Kanada Aİ-yə qoşulur?

Kanadanın Baş naziri Mark Karni Avropa Parlamentində çıxışı zamanı bildirib ki, ölkəsi Avropa İttifaqının (Aİ) Kanadaya "assosiativ üzv" statusu verilməsi ilə bağlı ambisiyalarını "alqışlayır". KONKRET.azxəbə

İlham Əliyev "SABAH.city"nin açılışında - FOTOLAR

Prezident İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib. xəbər verir ki

Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin indiki məqamda müharibənin bitməsinə qərar verməsinin rus ordusunda mübahisə doğuracağını bildirib. "Putin əsgərlərin qəzəbli şəkildə geri qayıdı

Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik

Azərbaycan çox nadir müsəlman ölkələrindəndir ki, Avropa təşkilatlarında iştirak edir. Ona görə biz bilirik orada nələr baş verir. Bu fikirləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşünd

"Gəncəsər və Xudavəng kimi abidələr...' - Deputat

"Tarixi saxtalaşdırmağın ən təhlükəli forması tarixi yenidən yazmaq deyil, onun daş yaddaşına müdaxilə etməkdir. Qarabağdakı xristian dini-mədəni irsi ətrafında illər boyu aparılan mübahisələr də göstərir ki, məsəl

Diplomatik korpus nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura səfəri başa çatdı

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfəri başa çatıb. xəbər verir ki, səfərin ikinci günündə diplomatik korpusun nümayəndələri Ağdərə rayonunun Vəngl

Senator: "ABŞ sanksiyaları qlobal dedollarizasiyanı sürətləndirib"

ABŞ və müttəfiqlərinin sanksiyaları qlobal dedollarizasiya prosesini sürətləndirib. KONKRET.azxəbər verir ki, bu barədə Federasiya Şurasının Büdcə və Maliyyə Bazarları Komitəsi sədrinin birinci müavini Aleksandr Şenderyuk-Jidko

Rusiya və Azərbaycan mühüm addıma hazırlaşır – Görüşün detalları açıqlandı

Rusiya və Azərbaycan arasında münasibətlərin gələcək istiqamətləri ilə bağlı Moskvada mühüm diplomatik təmas baş tutub. xəbər verir ki, tərəflər qarşıdakı təmasların qrafikini dəqiqləşdiriblər. Rusiya xarici işlər nazirini


yeni xeberler azerbaycan xeberleri son xeberler enson xeberler son.xeberler hava bu gunun xeberleri