Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olunub
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Rəşad Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
azxeber.com xəbər verir ki, bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Qeyd edək ki, Rəşad Həsənov 1987-ci ildə Şəmkir rayonunda anadan olub.
2004–2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2009–2010-cu illərdə isə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Qlazqo Universitetində iqtisadi və maliyyə sektorlarının idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb.
2016-cı ildə Avstraliyanın Deakin Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Rəşad Həsənov Azərbaycan Respublikasının Mərkəzi Bankında iqtisadçı, Avstraliyanın Maliyyə Nazirliyində iqtisadçı və baş iqtisadçı, ADA Universitetində baş müəllim, Dünya Bankının Avstraliyadakı ofisində məsləhətçi və makroiqtisadçı, BMT-nin Rezident Əlaqələndiricisinin Azərbaycan ofisində iqtisadçı vəzifələrində çalışıb.
2021-ci ildən etibarən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri olub.

"Sabah" "Zirə"ni darmadağın etdi
Yaxın Şərqdə köhnə status-kvoya qayıtmaq mümkün deyil
Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO
İlham Əliyev: Cənubi Qafqaz sülh zonasına çevrilir
iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi
Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ
Neymar 6 həftə oynamayacaq
Daha bir cüdoçumuz Avropa çempionu oldu
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
Məşhur aktyora 12 ilədək həbs tələb edildi
Bir stəkan su ilə dünyaya diplomatiya dərsi - Deputat yazır
Meloni İlham Əliyevə təşəkkür etdi
Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)