Rusiyada miqrantlar üçün qanunlar sərtləşdirilir: Vətəndaşlıq üçün nikah məsələsi dəyişdirildi
Rusiyada miqrantlar üçün qanunlar sərtləşdirilir: Vətəndaşlıq üçün nikah məsələsi dəyişdirildi
Bu gündən Rusiyada qüvvəyə minən "RF vətəndaşlığı haqqında" əsas qanunla əcnəbilərin ölkə vətəndaşlığını almasında dəyişikliklər olub.
Bu barədə Kremlin saytında bildirilib.
Belə ki, sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığını almaq hüququ olan şəxslərin siyahısında dəyişiklik edilib. Buraya Rusiya universitetlərini əla qiymətlərlə bitirənlər, həmçinin Rusiyanın dövlət sərhədi daxilində, keçmiş Rusiya imperiyasına və ya SSRİ-yə məxsus ərazidə daimi yaşayan yaxın qohumları olanlar daxil edilib.
Ancaq miqrantlar üçün qanun sərtləşdirilib, onlar üçün məcburi tələblər irəli sürülüb. Belə ki, miqrant Rusiyada yaşamalı və 5 il müddətinə yaşayış icazəsi olmalıdır, rus dilini, Rusiya tarixini və Rusiya qanunvericiliyinin əsaslarını bilməlidir.
Əvvəllər Rusiya vətəndaşı ilə azı üç il evli olduqda sadələşdirilmiş qaydada pasport almaq mümkün idi. Yeni qaydalarda nikahın müddəti meyarı götürülüb, ancaq ümumi uşağın olması ilə bağlı məcburi şərt yaranıb. Bu tədbir saxta nikahların bağlanması praktikasını aradan qaldırmaq üçün atılıb.
Qeyd olunub ki, pasport almış əcnəbi Rusiya Silahlı Qüvvələri haqqında saxta məlumatlar yaydığına, ordunu nüfuzdan saldığına, habelə fərariliyə görə vətəndaşlığını itirə bilər. / oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var
Cəbrayılda şirkət işçilərinin yaşadığı tikilidə yanğın oldu