Rusiyada misli görülməmiş səfərbərlik: ordu döyüş mövqeyi tutdu - ŞOK İDDİA (VİDEO)
Video əlavə olunub.
xxx
ABŞ kəşfiyyatı Rusiyanın 2022-ci ildə Ukraynaya hücum edəcəyinə inanır.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə "Blumberq" kəşfiyyat xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin mənbələri bildiriblər ki, Moskva Ukraynaya üç istiqamətdən hücum hazırlayır: "Krım yarımadasından, Rusiya-Ukrayna sərhədi tərəfdən və Belarus ərazisindən".
Agentlik ABŞ kəşfiyyatının bu məlumatları Avropa dövlətlərinin aidiyyəti qurumlarına göndərdiyini bildirib.
"Blumberq"in məlumatına görə, Amerika kəşfiyyatında Rusiya hərbi kontingentinin Ukrayna ilə sərhəddə cəmləşməsini təsdiqləyən xəritələr var. Vaşinqtonun əldə etdiyi məlumatlara görə, Rusiya təxminən yüz min əsgərini hücuma hazırlayır. Bu qoşunlar Ukrayna ilə müharibədən əlavə, digər əraziləri də ələ keçirməlidir.
ABŞ Rusiyanın taktiki qruplaşmalarının əksəriyyətinin artıq döyüş mövqeləri tutduğunu iddia edir. Onların irəli hərəkəti hava zərbələri ilə dəstəklənəcək və arxa tərəfin təhlükəsizliyi Moskvanın postsovet məkanı üçün misli görünməmiş miqyasda orduya çağırdığı ehtiyatda olan hərbçilər tərəfindən təmin ediləcək.
Kurslar.az kurslar [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək