Rusiyada sistemli şovinizm: Səfərovlar ailəsinə divan tutulması və azərbaycanlılara qarşı artan təzyiqin arxasında nə dayanır?

Rusiyada sistemli şovinizm: Səfərovlar ailəsinə divan tutulması və azərbaycanlılara qarşı artan təzyiqin arxasında nə dayanır?Yekaterinburqda baş verən son hadisələr Rusiyada milli və dini zəmində sistemli ayrı-seçkiliyin və şovinizmin yeni mərhələyə keçdiyini göstərir. Azərbaycanın Ağdam rayonundan olan, illərdir Rusiyada yaşayan və restoran biznesi ilə məşğul olan Səfərovlar ailəsinə qarşı FSB-nin keçirdiyi xüsusi əməliyyat nəticəsində artıq 5 nəfər həyatını itirib. Bu hadisə təsadüfi deyil və Rusiyada miqrantlara, xüsusilə də müsəlman xalqlarına qarşı tətbiq olunan basqı siyasətinin bariz nümunəsidir.
Rusiyada sistemli şovinizm: Səfərovlar ailəsinə divan tutulması və azərbaycanlılara qarşı artan təzyiqin arxasında nə dayanır?Hadisə zamanı Səfərov Ayaz Möhbalı oğlu və Məzahir Möhbalı oğlu xəstəxanada həyatlarını itiriblər.
Fotoda: Məzahir Səfərov
Rusiyada sistemli şovinizm: Səfərovlar ailəsinə divan tutulması və azərbaycanlılara qarşı artan təzyiqin arxasında nə dayanır?KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, onlardan əvvəl Hüseyn və Ziyəddin Səfərov qətlə yetirilmiş, daha 9 nəfər saxlanılmışdı. Onların hamısı bir ailənin üzvləri — qardaşlar və əmioğlularıdır. Əməliyyatın səbəbi kimi 2001-ci ildə baş vermiş, hüquqi olaraq sübuta yetirilməmiş bir qətl hadisəsi göstərilsə də, belə genişmiqyaslı zorakı əməliyyat və nəticədə beş nəfərin ölümü, əslində məqsədin başqa olduğunu göstərir.
Fotoda: Bakir Səfərov (solda), Ziyəddin Səfərov (sağda)
Rusiyada sistemli şovinizm: Səfərovlar ailəsinə divan tutulması və azərbaycanlılara qarşı artan təzyiqin arxasında nə dayanır?Rusiyada hazırkı hakimiyyətin milli siyasəti son illər ərzində qeyri-rus xalqlara qarşı artan təzyiqin, diskriminasiyanın və islamofobiyanın sistemli hala gəldiyini sübut edir. Müharibə aparmaq üçün insan resursu çatışmazlığı yaşayan Kremlin son illərdə miqrantlara yönələn siyasəti məhz bu boşluğu doldurmağa hesablanıb. Əfqan, tacik, özbək, azərbaycanlı və çeçen əsilli gənclər müxtəlif şantaj, təhdid və saxta cinayət ittihamları ilə müharibəyə cəlb olunurlar. Onlara qarşı narkotiklərlə şər atmaq, ailə üzvlərini təhdid etmək kimi metodlar tətbiq olunur. Razılaşmaqdan imtina edənlərə qarşı isə zorakılıq və təzyiqlər göstərilir.
Yekaterinburqda baş verənlər bu siyasətin növbəti mərhələyə keçdiyini göstərir: artıq Rusiyada yaşayan və tam hüquqlu vətəndaş olan azərbaycanlılara qarşı da "məqsədli hədəfləmə" tətbiq olunur. Bu təkcə bir ailənin faciəsi deyil, Azərbaycan diasporasına açıq mesajdır. Hadisənin planlı şəkildə həyata keçirildiyini göstərən məqamlar çoxdur. Bu gün Rusiyada yüz minlərlə azərbaycanlı yaşayır, amma bu kütlə arasında xüsusi seçilmiş bir ailəyə qarşı ölümcül əməliyyatın keçirilməsi Moskvanın bu mövzuda hansı hədəfləri güddüyünə işarə edir.
Rusiyada sistemli şovinizm: Səfərovlar ailəsinə divan tutulması və azərbaycanlılara qarşı artan təzyiqin arxasında nə dayanır?Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin son etirafları da göstərdi ki, miqrantlar "kütləvi surətdə" orduya cəlb edilir. Lakin bu rəsmi etiraflar belə baş verənlərin qanunsuzluğunu və insan haqları pozuntularını ört-basdır edə bilmir.
Son dövrlər Azərbaycanın informasiya resurslarına qarşı təşkil olunan kiberhücumlar, Rusiya ərazisində azərbaycanlı deputat Azər Badamovun tədbirə buraxılmaması, Səfərovlar ailəsinə qarşı həyata keçirilən zorakılıq — bütün bunlar Rusiyada Azərbaycana qarşı formalaşan sistemli mövqenin tərkib hissəsidir.
Azərbaycan cəmiyyəti hələ də mülki təyyarəsinin vurulmasını unutmayıb.
Rusiyada sistemli şovinizm: Səfərovlar ailəsinə divan tutulması və azərbaycanlılara qarşı artan təzyiqin arxasında nə dayanır?Bu hadisədə Rusiyanın susqunluğu və "tərəfsiz müşahidəçi" rolu oynaması Azərbaycanda ciddi qıcıq doğurub. Hazırda bu məsələ beynəlxalq məhkəmələrdə qaldırılır və günahkarların cəzalandırılması, zərərçəkmiş ailələrə kompensasiya ödənilməsi istiqamətində proses davam edir.
Rusiyada baş verənlər sadəcə etnik və ya hüquqi məsələ deyil. Artıq bu, ideoloji və siyasi xətt halını alıb. Qərbə qarşı bütün istiqamətlərdə uduzan, Ukraynada bataqlığa düşən və çıxış yolu axtaran Rusiya yeni "düşmən" obrazı formalaşdırır. Bu düşmən həm daxilidə – qeyri-rus və müsəlman xalqlar arasında axtarılır, həm də xaricdə — Cənubi Qafqazda yenidən münaqişə ocaqları yaratmaqla yeni təsir vasitələri əldə edilmək istənilir.
Ermənistanda revanşizm, radikalizm və Rusiya yönlü təxribatçı siyasətin güclənməsi də bu prosesin nəticəsidir. Koçaryan və Sarkisyan kimi fiqurların yenidən aktivləşməsi, Moskvanın səssiz dəstəyi ilə həyata keçirilən ritorik dəyişikliklər bölgədə gərginliyin yenidən alovlanması üçün zəmin hazırlayır.
Bu mənzərədə Solovyov kimi Kremlə bağlı təbliğatçıların açıq anti-Azərbaycan ritorikası və İslam dünyasına qarşı çıxışları Rusiyada yalnız azərbaycanlıların deyil, ümumən müsəlmanların hədəfə çevrildiyini göstərir.
Rusiyada sistemli şovinizm: Səfərovlar ailəsinə divan tutulması və azərbaycanlılara qarşı artan təzyiqin arxasında nə dayanır?Bugünkü Rusiya — artıq post-sovet dövrünün federativ dövləti deyil. Bugünkü Rusiya — etnik rus millətçiliyinin dövlət ideologiyasına çevrildiyi, digər xalqlara qarşı isə ya təzyiq, ya assimilyasiya, ya da fiziki zorakılıq strategiyasının tətbiq olunduğu bir rejimdir.
Çünki bu məsələ təkcə bir əməliyyat deyil. Bu, Rusiyada azərbaycanlılara qarşı formalaşdırılan sistemli təzyiq mexanizminin bariz nümunəsidir.

Hadisə       Tarix: 29 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

Bakıda 20 yaşlı oğlanı bıçaqladılar

Bakıda bıçaqlanma hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, hadisə bu gün gecə saat 02 radələrində qeydə alınıb. Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əkbər Səbuhi oğlu Məmmədov kəsici-deşici xəsarətlərlə xəstəxanay

"Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR

Paytaxtın Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası baş

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

Xankəndidə 24 yaşlı gəncin üzərindən narkotik vasitə aşkarlanıb. -a istinadən xəbər verir ki, 24 yaşlı Sahib Rzayev (şərti) Xankəndi şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılan yoxlama zaman

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Aeroport yolunda nə baş verir? - Təcili məlumat yayıldı

Bakının Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbindən "Koroğlu" metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektua

Kişi arvadını və 3 yaşlı uşağını bıçaqladı

Lənkəran şəhərində kişi həyat yoldaşına və azyaşlı oğluna bıçaqla xəsarət yetirib. KONKRET.azTeleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində, "Müəllimlər Binası" kimi tanınan yaşayı

Bakıda məktəb mühafizəçisinə hücum edildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasınd


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən yeni xəbərlər qarabag valyuta cəbhədən son durum