Rusiyadakı soydaşlarımız Ermənistan hakimiyyətini ittiham edib

Rusiyadakı soydaşlarımız Ermənistan hakimiyyətini ittiham edibRusiyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları azərbaycanlı jurnalistlərin və yerli məmurun Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində mina partlayışı nəticəsində həlak olması ilə bağlı bəyanatla çıxış ediblər. 
Bu barədə Diasporla iş üzrə Dövlət Komitəsi məlumat yayıb.
"Moskva Azərbaycanlıları İcması"nın rəhbəri Şamil Tağıyev, "Perm vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti" regional ictimai təşkilatının sədri Çingiz İsayev, "Orenburq Azərbaycanlılarının Milli Konqresi" təşkilatının sədri İlkin Kərimov, "Azəri" Milli-Mədəni Birliyinin sədri Ağababa Dadaşov, "Dostluq" Primorsk–Azərbaycan diasporu ictimai təşkilatının sədri Ramiz Zeynalov, "Samara vilayəti Azərbaycanlılarının Liqası" ictimai təşkilartının sədri Şirvan Kərimov,  "Araz" Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalov, Moskva vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Elşən İbrahimov və "Azərbaycanlıların Konqresi" Şimali Osetiya Regional Milli Mədəni ictimai təşkilatının fəxri prezidenti Şahin Məmmədovun imzaladıqları bəyanatda bildirilib ki, 10 noyabr 2020-ci il üçtərəfli razılaşma sazişindən indiyədək 120 nəfər azərbaycanlı mina partlayışları nəticəsində həlak olub və yaralanıb. 
Diaspor təşkilatlarının rəhbərləri təəssüflə qeyd ediblər ki, beynəlxalq qurumların təmsilçiləri Ermənistan hakimiyyətinin mina xəritələrini verməkdən imtina etməsini və beynəlxalq öhdəliklərini pozmasını sükutla izləyirlər. İrəvanın mənəviyyatdan və insansevərlikdən kənar hərəkətlərinə fikir verilmədiyi zaman isə Qarabağda günahsız insanlar həlak olur, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması imkanları qeyri-reallığa çevrilir.
Bəyanatda rəsmi İrəvanın antihumanist siyasəti hiddətlə pislənilib və beynəlxalq ictimaiyyətdən Ermənistan hakimiyyətini öz öhdəliklərini beynəlxalq hüquq çərçivəsində yerinə yetirməyə məcbur etmək tələb olunub.

Siyasi       Tarix: 11 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi


yeni xeberler azerbaycan xeberleri son xeberler ensonxeberler bu gunun xeberleri xəbər.az bu gunun xeberleri haqqinda melumat