Rusiyadan açıqlama: Azərbaycanla razılığa gəldik
Azərbaycan və Rusiya enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəlib.
KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, bunu iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Həştərxan şəhərində keçirilən 23-cü iclasında Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.
"Biz gələcək birgə iş üçün istiqamətləri müəyyən etdik. Rusiya-Azərbaycan əlaqələri qarşılıqlı faydalıdır. Prioritetlərimiz arasında regionda nəqliyyat əlaqələrinin inkişafı, qarşılıqlı hesablaşmalarda müstəqil maliyyə arxitekturasının gücləndirilməsi, enerji sektorunda əməkdaşlıq, sənaye kooperasiyasının, o cümlədən gəmiqayırma və kənd təsərrüfatının inkişafı, Xəzərdə əməkdaşlıq üzrə birgə iş var", – Rusiya rəsmisi vurğulayıb.
Həmçinin A.Overçuk qeyd edib ki, Moskva və Bakı Xəzər dənizində kruiz gəmiçiliyinin işə salınmasına və regionda turizmin inkişafına kömək etmək barədə razılığa gəlib.
Onun sözlərinə görə, Rusiya Azərbaycanın ilk üç ticarət tərəfdaşı sırasındadır:
"Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 10 faizi ölkəmizin payına düşür. Azərbaycan bazarında Rusiya kapitallı 1800-ə yaxın şirkət təmsil olunur".
A.Overçuk əlavə edib ki, Azərbaycan və Rusiya qarşılıqlı ticarətdə milli valyutalara güvənir.
İclasda Azərbaycanı Baş nazirin müavini Şahin Mustafayev təmsil edib.

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycan nefti bahalaşdı
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var