Rusiyadan Azərbaycana daha 728 nəfər gətirildi
"Mövcud COVID-19 pandemiya rejimi ilə əlaqədar ölkə üzrə vətəndaşların quru sərhəd keçidinə tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, Rusiyanın Azərbaycanla dövlət sərhədinin Dağıstan ərazisindən yerüstü sərhəd yolu ilə Azərbaycana gəlmək üçün toplaşan vətəndaşlarımız və soydaşlarımız üçün Azərbaycan Nazirlər Kabinetinin yanında Operativ Qərargah müvafiq tapşırığına və pandemiya şərtlərinə uyğun olaraq 2021-ci ilin 20-27 dekabr tarixlərində növbəti sərhəd buraxılışları təşkil edilib".
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Azxeber.com-a bildirilib.
Sərhəd buraxışlarının həyata keçirilməsi üçün Xarici İşlər, Daxili İşlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarından ibarət işçi heyət Rusiyanın Dağıstan Respublikasında xidməti ezamiyyətdə olublar. İşçi heyətin üzvləri sərhədi keçmək üçün gözləyən 766 nəfər həmvətənlimizi qeydiyyata alıb, onlara zəruri konsulluq yardımını göstərib.
Rusiyanın yerli qurumları ilə əlaqələndirilmiş fəaliyyət nəticəsində Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş gündəlik kvotaya uyğun olaraq, qeydiyyata alınmış 766 nəfərdən 728 şəxsin 2021-cil ilin 22-27 dekabr tarixlərində (6 sərhəd buraxılışı) Rusiya ilə Azərbaycanın "Yaraq Qazmalar - Samur" dövlət sərhəd-keçid buraxılış məntəqəsindən Azərbaycana qrup halında keçidi təmin edilib.
Ümumilikdə, 2021-ci ilin 29 yanvar - 27 dekabr tarixləri arasında qrup halında 35 sərhəd keçidi olmaqla 4217 həmvətənlimizin təxliyəsi təmin edilib.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş