Rusiyadan Azərbaycan–Türkiyə ittifaqına qarşı ŞOK HÜCUM: Malofeyev və Duqin İZİ
Rusiyaya bağlı "Tsarqrad" media resursunun Azərbaycan–Türkiyə münasibətlərini hədəf alan dezinformasiya kampaniyası tənqid olunub. Saytın Türkiyənin guya Ermənistan cəmiyyətinin həssas təbəqələrinə, o cümlədən müharibədə həlak olmuş erməni hərbçilərinin ailələrinə 10 milyon dollar ayıracağı barədə yaydığı məlumatın tamamilə uydurma olduğu vurğulanıb.
KONKRET.azxəbər verir ki, bu iddia siyasi və məntiqi baxımdan absurddur, çünki Türkiyə Azərbaycanla müttəfiqdir və Ermənistan ordusunun məhz Azərbaycana qarşı döyüşdüyü hamıya məlumdur.
Yazıda Kremlin ideoloji çevrələrinə yaxın fiqurların, xüsusilə Konstantin Malofeyev və Aleksandr Duqinin təsiri altında olan "Tsarqrad"ın Cənubi Qafqazda Rusiyanın zəifləyən mövqelərini ört-basdır etmək üçün saxta narrativlər yaratdığı bildirilir. Türkiyə–Ermənistan yaxınlaşmasının Rusiyanı regiondan "sıxışdırdığı" iddiası isə müəllifə görə Moskvanın öz səhvlərini etiraf etmək istəməməsindən irəli gəlir.
Məqalənin yekununda vurğulanır ki, bu tip materiallar Azərbaycan və onun Türkiyə ilə müttəfiqlik əlaqələrinə qarşı aparılan hibrid müharibənin tərkib hissəsidir. Azərbaycan cəmiyyəti bu cür təxribatlara uymur, "Tsarqrad" kimi resursların ölkədə bloklanması isə informasiya təhlükəsizliyi baxımından tam əsaslı addım kimi qiymətləndirilir.
Müşviq Tofiqoğlu
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
"Əl-Nəsr"dən Ronaldonu istədilər