Rusiyadan Bakı və İrəvana növbəti ÇAĞIRIŞ
Rusiya tərəfi hər zaman Ermənistan-Azərbaycan münaqişəsinin həllinin iki iştirakçısını təmas xəttində maksimum təmkinli olmağa çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "İzvestiya" qəzetinə müsahibəsində bildirib.
"Sərhəddə baş vermiş son hadisə ilə bağlı bir daha demək istəyirəm ki, biz hər iki tərəfi qarşılıqlı təmkinli olmağa çağırırıq ki, heç bir insident baş verməsin, xüsusilə də atışma, insan tələfatı və yaralanmalar olmasın. Təbii ki, belə hadisələr Ermənistan-Azərbaycan nizamlanmasının irəliləməsi üçün müsbət atmosferin yaradılmasına kömək edə bilməz", – Qaluzin bildirib.
Nazir müavini bir daha vurğulayıb ki, Cənubi Qafqazın gələcəyini ABŞ, Fransa və ya Avropa İttifaqı deyil, region ölkələri həll etməlidir. O, Ermənistanı "Qərb qüvvələrini regiona cəlb etmək meylində" ittiham edib.
Xidmetler [newsid: 0-123300]

Sahibə Qafarova Qazaxıstana səfər edib
İlham Əliyevdən həmkarına təbrik
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi