Rusiyadan Qərbə XƏBƏRDARLIQ: "Neftin qiymətini 300 dollara çatdıra bilərik" - SENSASİYA

Rusiyadan Qərbə XƏBƏRDARLIQ: Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiya neftindən imtina edilərsə, neftin bir barelinin qiyməti 300 dollar və ya daha çox artacaq. "Tamamilə aydındır ki, bu, qlobal bazar üçün fəlakətli nəticələrə gətirib çıxaracaq. Qiymətlərin artımı gözlənilməz olacaq".
Yüksək rütbəli rusiyalı məmur bildirib ki, Qərb hökumətləri təhdidlərinə əməl edib tədarükdən imtina etsələr, Qərb ölkələri neftin qiymətinin 300 dollardan yuxarı qalxması və Rusiya ilə Almaniyanı birləşdirən magistral qaz kəməri ilə qaz axınının mümkün dayanması ilə üzləşə bilər.
Xatırladaq ki, bazar ertəsi, martın 7-də ABŞ dövlət katibi Entoni Blinkenin Vaşinqton və Avropa müttəfiqlərinin Rusiyadan neft idxalını dayandırmağı düşündüyünü elan etməsi ilə neft qiymətləri 2008-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb.
"Tamamilə aydındır ki, Rusiya neftindən imtina dünya bazarı üçün fəlakətli nəticələrə gətirib çıxaracaq" – Rusiya baş nazirinin müavini Aleksandr Novak dövlət televiziya kanallarında yayımlanan çıxışında bildirib.
"Qiymətlərin artımı gözlənilməz olacaq – bir barel üçün 300 dollardan çox, hətta, bəlkə daha da çox olacaq"- deyə o əlavə edib.
Novakın sözlərinə görə, Avropaya Rusiyadan aldığı neftin həcmini əvəz etmək üçün bir ildən çox vaxt lazım olacaq. Və bu müddətdə qiymətlər daha yüksək səviyyəyə qalxacaq. Nəticədə, Avropa indikindən qat-qat baha qiymətə neft almalı olacaq.
"Ona görə də, Avropa siyasətçiləri öz vətəndaşlarına, istehlakçılarına onları yaxın zamanlarda nə gözlədiyi barədə vicdanla xəbərdarlıq etməlidirlər" – deyə Novak əlavə edib.
"Rusiyadan enerji tədarükündən imtina etmək istəyirsinizsə, lütfən, biz buna hazırıq. Biz bu həcmləri hara yönləndirə biləcəyimizi başa düşürük".
Novakın sözlərinə görə, Avropada istehlak edilən qazın 40%-ni təmin edən Rusiya üzərinə düşən öhdəlikləri tam yerinə yetirir. O, həmçinin, Almaniyanın fevralda "Şimal axını-2" qaz kəmərinin sertifikatlaşdırılması prosesini dondurmasından sonra Rusiyanın Avropa İttifaqına qarşı alternativ tədbirlər görməyə tam haqqı olduğunu vurğulayıb.
"Şimal axını 2″yə qadağanın tətbiqi ilə əlaqədar bizim lazımı qərarı vermək və "Şimal axını 1" qaz kəməri ilə qaz nəqlinə embarqo qoymağa tam hüququmuz var.Hələlik biz bu qərarı qəbul etmirik.. Baxmayaraq ki, avropalı siyasətçilər Rusiyaya qarşı bəyanatları və ittihamları ilə bizi buna sövq edirlər"- deyərək Baş nazirin müavini fikrini tamamlayıb.
CNN televiziyası, ABŞ. 9 mart 2022.
Tərcümə etdi: Lətif.A,
KONKRET.az

Sosial       Tarix: 09 mart 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber saytlari sonxeber bugünkü son xəbərlər son xeber 2026