"Rusiyadan sülhə doğru real addımlar gözləyirik" – Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı

Bu gün Vaşinqtonda ABŞ Dövlət Departamentinin ənənəvi media brifinqi keçirilib. Tədbirdə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Tommy Pigott yerli və xarici jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb.
azxeber.com xəbər verir ki, brifinqdə iştirak edən jurnalist və hüquq müdafiəçisi Əhməd Şahidov Rusiya-Ukrayna müharibəsi ilə bağlı sual ünvanlayıb. O, ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə verdiyi 50 günlük atəşkəs möhlətini 10 günə endirməsini xatırladaraq bildirib ki, Rusiya demək olar ki, hər gün yeni şəhər və qəsəbələri işğal edir və bu, Moskvanın sülh niyyətinə dair ciddi suallar doğurur.
Əhməd Şahidovun sualı belə olub: "ABŞ Prezidenti Donald Tramp Vladimir Putinlə atəşkəs razılaşması üçün nəzərdə tutulmuş 50 günlük müddəti 10 günə endirib və əgər nəticə olmasa, sərt sanksiyalar tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib. Lakin eyni zamanda görürük ki, Rusiya demək olar ki, hər gün yeni şəhər və qəsəbələri zəbt etməkdə davam edir. Bu isə Rusiyanın real niyyətinə dair şübhələr yaradır. Sizcə, bu addım real sülh danışıqlarına səbəb ola bilərmi, yoxsa bu, sadəcə siyasi təzyiq vasitəsidir? Və əgər Rusiya atəşkəs çağırışlarını görməzlikdən gəlib hücumlarını davam etdirsə, nəticələri nə olacaq?"
ABŞ Dövlət Departamentinin baş sözçü müavini Tommy Pigott suala cavabında bildirib ki, ABŞ prezidentin verəcəyi konkret qərarlar barədə əvvəlcədən fikir bildirmək istəməzdi, lakin Trampın və Dövlət katibi Marko Rubionun bu məsələ ilə bağlı mövqeləri kifayət qədər aydındır: "Biz Rusiya rəhbərliyinin sözlərlə deyil, əməllərlə hərəkət etdiyini görmək istəyirik. Prezident bu barədə danışıb və o, möhlətin irəli çəkilməsi qərarını da bu kontekstdə açıqlayıb," – deyə Pigott bildirib.
ABŞ Dövlət Departamentinin rəsmisi əlavə edib ki, ABŞ-ın əsas məqsədi bu qanlı münaqişəyə son qoymaq və uzunmüddətli sülhə nail olmaqdır: "Biz istəyirik ki, tərəflər danışıqlar masasına əyləşsin, atəşkəsə dair ciddi müzakirələr başlasın və bu proses davamlı və qalıcı sülhə gətirib çıxarsın. Bizim əsas prinsipimiz qan tökülməsinin qarşısını almaqdır və bütün səylərimiz buna yönəlib. Bu, bizim siyasətimizdir və dəyişməz qalır."

Siyasi       Tarix: 02 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy


azerbaycan xeberleri yeni xeberler son xeberler şou biznes xəbərləri azerbaycanda son xeberler cəbhədən canlı hava haqqinda