Rusiyalı diplomat Türkiyədə otel otağında ölü tapıldı - MEDİA
Rusiya Xarici İşlər Nazirliyinin Pan-Avropa Əməkdaşlıq Departamentinin direktoru Nikolay Kobrinets oktyabrın 12-də vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
"Bütün iş həyatını vətənin xarici siyasət maraqlarının qorunmasına həsr etmiş istedadlı diplomat və təcrübəli rəhbər bizi tərk etdi", – deyə məlumatda qeyd edilir.
Türkiyənin NTV telekanalı bildirir ki, diplomat İstanbulun Taksim rayonunda yerləşən otel otağında ölü tapılıb. Səhər görüşünə gəlməyən Kobrinetsin həmkarları onunla əlaqə saxlamağa çalışıb. Bundan sonra otel işçiləri onun otağına girərək, cəsədini tapıblar.
İlkin məlumatlara görə, diplomat ürək tutmasından dünyasını dəyişib.
Ariz Həsənoğlu,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ