Rusiyalı ekspert: "Əgər Qarabağda müharibə başlayarsa, Azərbaycan yenidən Ermənistanı məğlubiyyətə uğradacaq"

Rusiyalı ekspert: "Əgər Qarabağda müharibə başlayarsa, Azərbaycan yenidən Ermənistanı məğlubiyyətə uğradacaq" Rusiyalı ekspert: "Əgər Qarabağda müharibə başlayarsa, Azərbaycan yenidən Ermənistanı məğlubiyyətə uğradacaq"
Ermənistanın müdafiə naziri Vaqarşak Harutyunyan "RİA Novosti" agentliyinə geniş müsahibə verib.
Erməni nazirin bəzi açıqlamaları göstərir ki, İrəvanda, hətta hökumət səviyyəsində də revanş almaq barədə düşünürlər.
V. Harutyunyanın sözlərinə görə, Ermənistan Qarabağdakı müharibədən sonra yeni silah və texnika sistemlərinə keçid edir, orduda islahatlar aparır.
Əlbəttə Ermənistan ordusundakı yeni silah sistemləri barədə çıxış çox cəsarətli səslənir. Xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin(BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən "IDEX 2021" beynəlxalq hərbi-sənaye sərgisinə dair Ermənistandakı qalmaqalı nəzərə alsaq. Orada sadəcə olaraq Ermənistandan heç bir hərbi eksponat yox idi. Ölkəni təmsil edən nümayəndələri var idi, amma yük hansısa səbəbdən sərgiyə gəlib çıxmamışdı.
Media.Az-amüsahibə verən rusiyalı ictimai xadim, politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov sözügedən vəziyyəti şərh edib.
S. Markov vurğulayıb ki, Ermənistan müdafiə nazirinin indi əsas vəzifəsi baş nazir Nikol Paşinyanın devrilməsinə mane olmaqdır:
"Ancaq bu hər an ola bilər. İndi o (Vaqarşak Harutyunyan - red.) hərbi məğlubiyyətdən danışır, amma faktiki olaraq yalvarır - bizi qovmayın.
Ordunun yeni silahlarla təchiz ediləcəyini, onun müasirləşdiriləcəyini, hər şeyin çox gözəl olacağını deyirlər. Döyüşməyə hazır olduqlarından danışırlar.
Bəs "Ermənistan - Qarabağın təhlükəsizliyinin qarantı" nə deməkdir? Yəni yeni hərbi əməliyyatlar başlayarsa, Ermənistan ordusu keçən payızda olduğu kimi yenidən döyüşməyə başlayacaq? Ancaq şübhəsizdir ki, Azərbaycan yenidən Ermənistan ordusuna hərbi məğlubiyyət yaşadacaq. Bu qan tökmə kiməsə lazımdır?!
Əlbəttə ki, Ermənistanda Paşinyan və onun generallarından böyük narazılıqlar var. Rusiya prezidenti Vladimir Putin olmasaydı, bu hakimiyyət çoxdan devriləcəkdi".
Buna baxmayaraq, qisas mövzusu Ermənistanda çox populyardır, müxtəlif siyasətçilər intiqamın erməni ləyaqətini bərpa etməyə yönəldilməli olduğunu iddia edirlər, qeyd edirlər ki, Azərbaycan bizi məğlub edə bilməz və baş verənlər müvəqqətidir. Ermənistanda qalmaqallı çıxışları ilə məşhur "Sasna Tsrer" partiyasının liderləri Jirayr Sefilyan da bu cür açıqlamalar verməkdə çox fəaldır. Bu, o deməkdirmi ki, Nikol Paşinyan getdikdən sonra Ermənistanda belə siyasətçilər hakimiyyətə gələcəklər?
Bəli, böyük ehtimalla, iqtidara məhz onlar gələcəklər. Nikol Paşinyan əvvəlcə müharibəyə hazırlıqdan danışırdı, sonra isə məğlubiyyəti etiraf etməyin lazım olduğunu söylədi. Lakin erməni cəmiyyətində, geniş anlamada, diasporanın da maraqlarına toxunan, bir neçə nöqteyi-nəzər var.
Onlardan birincisi, hər zaman ölkəsini Azərbaycan və Türkiyə ilə qarşıdurma səsləyən və guya milləti düşmən qarşısında birləşdirən baxışdır.
Ancaq bu cəfəngiyatdır. Ermənilər ötən əsrlərdə Türkiyədə yaxşı yaşayıblar. Azərbaycanda da XX əsrdə ermənilər heç də pis yaşamırdılar, nüfuzlu mövqelərə sahib idilər.
İkinci baxış isə budur ki, gəlin Azərbaycan və Türkiyə ilə bir uzlaşma tapaq və bu çaxnaşmadan çıxmağa çalışaq.
Ancaq indi erməni diasporasının sözügedən məsələlərlə əlaqədar üçüncü bir baxışı var.
Ermənistanda dövlət institutlarının aşkar böhranı şəraitində, diaspora daha əhəmiyyətli rol oynamağa başlayır.
Yeri gəlmişkən, Paşinyan tək öz iradəsi ilə Ermənistanın rəhbəri olmayıb. Bu hadisədə ABŞ-dakı erməni diasporunun rolunu inkar etmək çətindir. Rusiyadakı erməni diasporu isə onu hakimiyyətdən uzaqlaşdırmağa çalışdılar.
Erməni lobbisinin və diasporunun strategiyası belədir: Azərbaycana qarşı Ermənistan ordusu yox, Rusiya ordusu vuruşmalıdır. Onlar bunu ötən ilin sentyabr-oktyabr aylarında həyata keçirməyə çalışdılar. Amma heç nə alınmadı, çünki informasiya müharibəsi uduzulmuşdu.
İndi onlar bu informasiya müharibəsində revanş götürmək, Azərbaycanın bütün müttəfiqlərini Rusiyanın siyasi və informasiya məkanından sıxışdırıb çıxarmağa çalışırlar.
Bu səbəbdən  Aleksey Juravlyovu, İqor Korotçenkonu və mənim kimi şəxslərə qarşı kampaniya aparılır.
Dövlət Dumasında "Spravedlivaya Rossiya" partiyasından olan deputat Mixail Yemelyanovu Dumanın növbəti tərkibinə buraxmamaq üçün siyahılardan çıxarmağa çalışırlar. Mən burada erməni diasporasının fəaliyyətini görürəm.
Daha sonra Qarabağda Ermənistanla Azərbaycan arasında deyil, Türkiyə ilə Rusiya arasında mübarizənin getdiyini göstərmək üçün cəhdlər olacaq. Bu, ən təhlükəli revanşist yoldur. /oxu.az

Siyasi       Tarix: 23 fevral 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az bu gun hava durumu dunya xeberleri cəbhədən son durum