Rusiyalı ekspert: "Müharibə hər şeyi göstərdi, Ermənistan qaçdı, büdrədi, "burnunu qırdı

Rusiyalı ekspert: "Müharibə hər şeyi göstərdi, Ermənistan qaçdı, büdrədi, "burnunu qırdıRusiyalı ekspert: "Müharibə hər şeyi göstərdi, Ermənistan qaçdı, büdrədi, "burnunu qırdı"
RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, Rusiya Xarici İşlər naziri Serqey Lavrovun 5-6 may tarixlərində İrəvana gözlənilən səfəri, daha sonra 10-11 may tarixlərində Azərbaycana səfəri İrəvanda narazılığa səbəb olub. Erməni ekspertləri Serqey Lavrovun "persona non-qrata" elan edilməsinin vacibliyindən danışmağa başlayıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri hansı hərəkətinə görə belə rəftara layiq görülüb?
"Lraqir" qəzetinin yazdığına görə, İrəvanda Serqey Lavrov bir sıra məsələlərdə ultimatum irəli sürəcək, sonra hesabatla Bakıya gələcək. Nəşr ümumilikdə Ermənistan əhalisinin əhəmiyyətli hissəsinin Rusiyaya münasibətindən yazıb:
"Rusiya - daxili sahələrində bərpası mümkün olmayan deqradasiyaya görə didərgin-ölkəyə çevrilib. İndi Rusiya dünyada zəhərlənmə, haker hücumları, təxribat və casus qalmaqalları ilə xatırlanır. Rusiya hazırda ancaq Ermənistana təpinə bilər".
Məqalədə Rusiyanın "Qarabağda Ermənistana qarşı terror müharibəsi" apardığı (!), "Ermənistanı parçalamaq və suverenliyini ləğv etmək siyasəti" ilə məşğul olduğu qeyd olunur, iyun ayında isə Ermənistanda keçiriləcək erkən parlament seçkilərində "Moskvanın Ermənistanın suverenliyinin qalıqlarını məhv etmək niyyətində olduğu" vurğulanıb.
Vəziyyəti Rusiya Federasiya Şurası Beynəlxalq İşlər Komitəsinin Ekspert Şurasının üzvü, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının ekspert-analitiki, psixologiya elmləri namizədi Anatoli Nikiforov Caliber.Az-a verdiyi müsahibədə izah edib.
- Uzaqdan başlayacağam. Rusiya ABŞ ilə gərgin diplomatik münasibətlərə malikdir, viza məhdudiyyətləri tətbiq olunur. Və tamamilə aydındır ki, ABŞ hazırda bütün uzaq anti-Rusiya layihələri ilə (hətta onlar qlobal siyasətdə heç bir əhəmiyyətə malik olmasalar belə) "oynayacaq".
Ermənistan - müəyyən dərəcədə dövlətçilikdə yetişməmiş, Qərbin xarici təsiri altında olan bir dövlətdir. Bu, Baş nazir vəzifəsini icra edən Nikol Paşinyana da aiddir.
Ermənistanda indi qərbyönümlü qüvvələr informasiya məkanındakı təsirlərini artıracaq, Rusiyanın "Ermənistanı parçalayacağı" ilə bağlı səs-küy də burdandır. Bütün bunlar amerikalı siyasi strateqlərin işinin birbaşa təzahürüdür. Ancaq bir nəticə əldə etmək mümkün olmayacaq, Rusiyanın ciddi güc mənbəyi var.
Əlbəttə ki, Moskva öz ətrafında qarşılıqlı faydalı iqtisadi layihələri inkişaf etdirməyə qadir olan tərəfdaşlarının olmasını istərdi. Serqey Lavrovun həm Ermənistana, həm də Azərbaycana səfər etməsi Rusiya siyasətinin sabitliyinin göstəricisidir. Moskva, şübhəsiz ki, həm Bakı, həm də İrəvanla yaxşı münasibətlərdə maraqlıdır. Yeri gəlmişkən, Azərbaycanla münasibətlər qurulub, amma Ermənistanda indi nələrin baş verdiyi bəlli deyil.
- İrəvan nəşrində vurğulanır ki, Serqey Lavrovun persona non-qrata elan edilməsi "güclü siqnal" ola bilər. Bu "güclü siqnal"ı kimin eşidə biləcəyi isə açıqlanmır.
- Yəqin bunun bütün dünya üçün bir siqnal olacağını düşünürlər. O (Ermənistan - red.) kiçikdir, zəifdir, Rusiya xaricində heç kim üçün maraqlı deyil. İrəvan bundan inciyə bilər, amma Azərbaycanla müharibə hər şeyi göstərdi. Ermənistan qaçdı, büdrədi, "burnunu qırdı". Rusiya ilə də münasibətlər çətindir. Burada dünya birliyinə siqnal var – Rusiya xarici işlər nazirini "persona non qrata" elan etməyə hazır olan və bundan çəkinməyən Ermənistan budur. Yəni İrəvan Qərbin ideoloji anti-Rusiya vektoruna qoşula bilər. Ancaq bunlar hamısı Krılovun məşhur "Fil və alabaş" nağılına bənzəyir (gülür). Həm gülməli, həm də axmaq vəziyyətdir. /oxu.az

Siyasi       Tarix: 04 may 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd


yeni xeberler son xeberler azerbaycan xeberleri hava haqqinda oxu.az xeberler qurban bayrami 2026 sonxeberler