Rusiyalı ekspertlər: "Ermənistan - işğalçı, Qarabağ - Azərbaycandır" - ŞƏRH

Rusiyalı ekspertlər: "Ermənistan - işğalçı, Qarabağ - Azərbaycandır" - ŞƏRHRusiyalı ekspertlər: "Ermənistan - işğalçı, Qarabağ - Azərbaycandır" - ŞƏRH
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun bəyanatı Ermənistanı qıcıqlandırmağa davam edir. Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Zohrab Mnatsakanyan Rusiyadan açıqlama tələb etməyə çağırılır. S.Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı işğal olunmuş Azərbaycan ərazilərinin azad olunması ilə əlaqədar sənədin danışıqlar masasında olması barədə bəyanatı erməni siyasi dairələrinin qəzəbinə səbəb olub.
"Maariflənmiş Ermənistan" parlament fraksiyasının rəhbəri Edmon Marukyan Rusiya XİN rəhbərinin açıqlamasının Ermənistan rəhbərliyinin "bu gün heç bir danışıqların və danışıqlar masasında heç bir sənədin olmaması" barədə iddiaları ilə ziddiyyət təşkil etdiyini vurğulayıb:
"Ermənistan XİN rusiyalı həmkarlarından izahat tələb etməlidir. Üstəlik, hesab edirəm ki, həmin məsələ ilə baş nazir Paşinyan özü məşğul olmalıdır. Bu mövzuda daim spekulyasiya edilir, buna görə də, məsələyə aydınlıq gətirmək lazımdır. Mən Ermənistanda bu sənəd çərçivəsində güzəşt edə biləcək bir hökuməti, sadəcə, təsəvvür edə bilmirəm".
Z.Mnatsakanyan isə özünü doğrultmağa çalışaraq, rusiyalı həmkarı S.Lavrovun bəyanatında çoxsaylı sənədlərə istinadların olduğunu qeyd edib:
"Söhbət həm də son iki ildə müzakirə olunan sənəd haqqında gedirdi. Bənzər yanaşma və təkliflər 2014 və 2016-cı illərdə olub və bu, erməni tərəfi üçün qəbuledilməz sayılıb".
Ancaq Z.Mnatsakanyana heç kim inanmayıb.
Beynəlxalq məsələlər üzrə erməni ekspert Suren Sarkisyanın sözlərinə görə, S.Lavrov özünün bir təklifi ilə Ermənistan tərəfinin dörd iddiasını təkzib edib: bu gün heç bir danışıq aparılmır, yalnız müzakirə və məsləhətləşmələr davam etdirilir, danışıqlar masasında heç bir konkret sənəd yoxdur, hakimiyyət xalqdan heç nə gizlətmir, tənzimləmə üçün mərhələli seçim müzakirə edilmir.
Bununla yanaşı, S.Lavrov birmənalı şəkildə bildirib ki, bu gün Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar masasında mərhələli həll yolunu təklif edən sənəd var.
Ermənistan cəmiyyətinin belə kəskin reaksiyasına səbəb nədir? Axı, Ermənistan rəsmilərinin nə deməsindən asılı olmayaraq, danışıqlar masasında mərhələli həll planının olması çoxdan məlum idi...
Media.Az "Milli Müdafiə" jurnalının baş redaktoru, Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin direktoru, Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü İqor Korotçenkonun və Rusiya Dövlət Dumasının MDB, Avrasiyaya inteqrasiyası və həmvətənlərlə münasibətlər üzrə ekspert şurasının üzvü Aleksandr Savelyevin məsələ ilə bağlı münasibətini öyrənib. 
İqor Korotçenko: 
Rusiyalı ekspertlər: "Ermənistan - işğalçı, Qarabağ - Azərbaycandır" - ŞƏRH- Ermənistanda iqtisadi və siyasi turbulentliyin necə artdığını görürük.
Vəziyyət hökumətin nəzarətindən çıxmaqdadır. Siyasi klanlar arasında sərt münaqişələr gedir, Nikol Paşinyan isə qəsbkar kimi fəaliyyət göstərir. Bu şəraitdə Yerevandakı mövcud rejimin siyasi əleyhdarları hücum üçün hər hansı bəhanədən fəal istifadə edirlər.
Prinsipcə, həqiqətən, Sergey Lavrov yeni bir şey söyləmədi. Rusiya hökuməti Xarici İşlər nazirinin dili ilə Azərbaycanın suverenliyinin və toxunulmazlıq prinsipinin sarsılmazlığını təsdiqlədi. Ermənistanda isə xaos böyüyür. Rejim qeyri-sabitdir, iqtisadiyyat uçuruma doğru gedir. Həm Ermənistan Xarici İşlər Nazirliyinin qəzəbli reaksiyası, həm də ictimai şüurun qıcıqlanması bu proseslərin bir təzahürüdür.
Rusiyaya gəldikdə, təkrar edirəm, Azərbaycanın ərazi bütövlüyü prinsipinin toxunulmazlığı bir daha təsdiqləndi. İşğalçının hansı, zərərçəkənin hansı tərəf olduğu heç kimdə şübhə doğurmur. Rusiya XİN vəziyyətin həll olunmasının tərəfdarıdır. Suveren bir ölkənin ərazisini sonsuz müddətə işğal etmək olmaz. Ən yaxşı, praqmatik addım işğal altındakı beş rayonun Azərbaycana qaytarılmasıdır. Sonra daha iki rayonun... Eyni zamanda, Azərbaycan Ermənistanla Dağlıq Qarabağ arasında kommunikasiya imkanlarını təmin edə bilər, lakin hərbi malların və qoşunların daşınmasını deyil.
Bundan sonra həm Azərbaycan, həm də erməni icmalarının iştirak edəcəyi referendum gəlir. Dinc, yanaşı yaşamaq təmin edilə bilər, bunun üçün Qarabağdakı qanunsuz hərbi birləşmələri tərksilah etmək lazımdır. Ehtiyac olacağı təqdirdə sülhməramlılar (məsələn, KTMT-dən) yerləşdirilməlidir. Bundan sonra yerli parlamentin, polis qüvvələrinin yaradılması gəlir. Qarabağın statusu bu regionun Azərbaycanın ərazisi olduğunun tam dərki şərtilə təxirə salına bilər. Və ən başlıcası, firavanlıqdır. Bəllidir ki, Qarabağın inkişafı üçün Azərbaycanın imkanları Ermənistanla müqayisə olunmayacaq qədər çoxdur. Dağlıq Qarabağ isə Azərbaycandır.
Aleksandr Savelyev:
Rusiyalı ekspertlər: "Ermənistan - işğalçı, Qarabağ - Azərbaycandır" - ŞƏRH- Ermənistanın xarici işlər naziri Rusiya Xarici İşlər nazirinin danışıqlar masasında olan sənədlə bağlı dediklərini təkzib edirsə, bu, yalnız bir şeyi göstərir - Yerevanda heç bir həll yolu istəmirlər, "status-kvo"nu qorumağa çalışırlar.
- Axı Sergey Lavrov yeni bir şey demədi, Yerevanda niyə belə bir qəzəb yüksəlişi var?
- Başqasının məntiqini bəzən başa düşmək çətindir. Danışıqlar irəliləmirdi, bu, erməni tərəfinə sərf edirdi. Ermənistanda Rusiyanın tənzimləmə çağırışlarını sadəcə, rəsmi hesab etdikləri ehtimalını da istisna etmirəm. Buna görə, bəziləri üçün bəyanatın ritual deyil, real siyasi xarakter daşıması təəccüb doğurdu.

Siyasi       Tarix: 24 aprel 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəməni

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal xeber cəbhədən son məlumat bu gunun xeberleri kriminal bugun