Rusiyalı hərbi ekspert: "Müharibədən sonra Azərbaycan daha da gücləndi
Rusiyalı hərbi ekspert: "Müharibədən sonra Azərbaycan daha da gücləndi"
Şuşanın keçmiş "meri" Artsvik Sarkisyan Ermənistanın Şuşanı necə "qaytara" biləcəyi ilə bağlı plan açıqlayıb. Onun fikrincə, bunun üçün daha güclü olmaq, ultra-modern silahlar əldə etmək, səmanı bağlamaq və mütəşəkkil bir ordu qurmaq kifayətdir. Sözlərdə bu çox asan görünür. Bəs Ermənistan buna nail ola biləcəkmi? Bu proses nə qədər vaxt və pul tələb edir?
Rusiya Siyasi və Hərbi Təhlil İnstitutunun direktor müavini Aleksandr Xramçixin Media.Az-a verdiyi müsahibəsində Ermənistanda revanşist hisslərin mövcudluğunun təbii olduğunu bildirib:
"Bakı qanuni olaraq Azərbaycana məxsus olan Qarabağın qaytarılması üçün 26 il gözləyib. Ermənistanda isə bu əraziləri özlərinki hesab edirlər. Deməli, siyasi baxımdan İrəvanın verdiyi açıqlamalar təəccüb doğurmamalıdır", - deyə hərbi ekspert vurğulayıb.
Onun sözlərinə görə, hərbi komponentə gəlincə, Ermənistan hədəflərinə çatmaq üçün Azərbaycandan güclü olmalıdır.
"Ancaq buna necə nail olmaq olar - bilmirəm. Fikrimcə, bu, Azərbaycanın Ermənistandan daha çox resursa sahib olmasına, həmçinin iqtisadi vəziyyətinin daha güclü olmasına görə real deyil. Bakı hərbi baxımdan da İrəvandan əhəmiyyətli dərəcədə üstündür. Ən əsası isə müharibənin nəticələrinə görə, Azərbaycan əvvəlkindən də güclü oldu. Bu səbəbdən Ermənistanın Azərbaycanı necə ötüb keçə biləcəyini heç anlamıram", - deyə Xramçixin vurğulayıb. /oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına