Rusiyalı kosmonavtlar zədəli gəmi ucbatından kosmik stansiyada qalıblar - VİDEO
Rusiyalı kosmonavtlar zədəli gəmi ucbatından kosmik stansiyada qalıblar - VİDEO
Rusiyanın "Roskosmos" şirkəti "Soyuz MS-22" kosmik gəmisinin zədə alması səbəbindən kosmik stansiyada qalan astronavtların təxliyəsi planını nəzərdən keçirir.
Hələ ötən həftə "Soyuz MS-22"dən soyuducu mayenin sızması baş vermiş və bu da bir sıra nasazlıqlara səbəb olmuşdu.
İndiyədək qəzanın dəqiq səbəbləri bilinməsə də, meteoritlə toqquşma əsas fərziyyə kimi irəli sürülür.
Xatırladaq ki, 2022-ci il dekabrın 15-də iki rus astronavtı açıq kosmosa çıxmağa hazırlaşdığı zaman beynəlxalq kosmik stansiyaya qoşulmuş kosmik gəmidə dəlik olduğu aşkarlanmışdı. Stansiyadan qar dənəciklərinə bənzər hissəciklərin ayrıldığı müşahidə olunmuşdu. Soyutma sisteminin zədələndiyi və soyuducu mayenin sızdığı ortaya çıxmışdı.
"Roskomos" və NASA nümayəndələri qəzanın kosmik stansiyanın fəaliyyəti və orada olan astronavtlar üçün təhlükə yaratmadığını desələr də, gəminin daxilində temperaturun əhəmiyyətli dərəcədə artdığı məlum olub. Bu da gəminin fəaliyyətinin dayanmasına səbəb ola bilər. Bu gəmi isə astronavtlar üçün nəqliyyat vasitəsidir və gələn ilin martında onlar bu gəmi ilə Yerə qayıtmalı idilər.
"Roskosmos"dan verilən məlumata görə, hazırda astronavtların beynəlxalq kosmik stansiyadan xilas edilməsi variantları nəzərdən keçirilir.
Hələlik yekun qərar verilməyib. Lakin əsasən iki variant nəzərdən keçirilir. Başqa bir "Soyuz" kosmik gəmisi orbitə çıxarıla bilər ki, bunun başvermə ehtimalı daha yüksəkdir. Ya da astronavtlar evlərinə zədəli gəmidə qayıdacaqlar, amma bu variant daha az ehtimal olunandır.
Mənbə: "The Guardian" / oxu.az
f Paylaş
Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR