Rusiyalı məşhurlar podiuma çıxdı
Rusiyanın Xalq artistləri Larisa Dolina və Anastasiya Voloçkova yaz dəb şousunda podiuma çıxıb.
azxeber.com xəbər verir ki, sənətçilər ilk dəfə Moskva moda həftəsində modellik edib.
Onlar məşhur gürcü modelyer Djemal Makhmudov-un geyimlərini nümayiş etdiriblər.
68 yaşına rəğmən hələ də qüsursuz bədən quruluşuna sahib olan Dolina səhnəyə parıltı geyimdə çıxıb.
Voloçkovanın çəhrayı rəng tonlarında olan "look"u isə xüsusi diqqət çəkib.
Aysel