Rusiyalı politoloq: "Ermənilərdə heçnə alınmayacaq" – ŞƏRH

Rusiyalı politoloq: "Ermənilərdə heçnə alınmayacaq" – ŞƏRHRusiyalı politoloq: "Ermənilərdə heçnə alınmayacaq" – ŞƏRH
Yerevandakı etiraz aksiyalarındakı əsas şüarlardan biri (Nikol Paşinyanın istefasını tələb etməklə yanaşı) hərbi intiqamdır. Bu barədə həm nümayiş iştirakçıları özləri, həm siyasətçilər, həm də müxtəlif fəallar danışırlar. Axır vaxtlar son dərəcə aktiv olan erməni politoloq Ara Papyan "düşmənin qarşısını almaq" üçün silah yaratmağa çağırıb.
Eyni zamanda, göründüyü kimi, o, son illərdə İrəvanda dəfələrlə müzakirə olunan çirkli atom bombasından bəhs edir. "Silahlanmaq və yenə silahlanmaq. Başqa yol yoxdur. Bunun üçün kifayət qədər vaxt və pul olmadığı görə düşməni çəkindirmək üçün silah yaratmaq lazımdır. Dünya birliyinin və bütün dünya ictimaiyyətinin fikirləri cəhənnəm olsun. Ermənistanın və ermənilərin olmadığı bir dünya kimə lazımdır?", - deyə Ara Papyan erməni "telegram" kanallarından birində yazıb.
Öz növbəsində, məğlub separatçı rejimin keçmiş nümayəndəsi Vitali Balasanyan Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olan əraziləri geri qaytaracağına söz verib.
Rusiyanın "Kommersant" qəzeti etiraz aksiyalarında iştirak edənlərin fikirlərindən sitat gətirir. Beləliklə, Ani adlı hansısa bir qız gələcək Ermənistan rəhbərliyindən hərbi intiqam gözləyir: "Əminəm ki, ordumuz güclüdür. Bizim özünü daha çox doğrultmuş və peşəkar komandirə ehtiyacımız var".
Bununla yanaşı, azad edilmiş ərazilərdə hər gün ölən erməni işğalçılarının onlarla cəsədinin tapılması davam edir. Ancaq belə çıxır ki, Ermənistanda heç kim hərbi məğlubiyyətin miqyasını anlamır, ölkənin döyüşmək üçün gücünün olmadığını başa düşə bilmirlər, baxmayaraq ki, erməni silahlıları vaxtaşırı Qarabağda təxribat hücumları edirlər.
Rusiyalı politoloq, publisist, tarix elmləri doktoru, Şimali və Şərqi Avropa Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Sıtin Media.Az-a vəziyyəti şərh edərək Ermənistanın başına gələn fəlakətin miqyasından hələ xəbərdar olmadığı fikri ilə razıdır.
"Bu, Ermənistan ərazisinə birbaşa təsir göstərməyib, buna görə də bir çox ermənilər sona qədər döyüşməyə hazır olduqlarına inanırlar. Ancaq təbii ki, onlarda alınmayacaq", - deyə o bildirib.
- Ancaq Ermənistanla bölgə ölkələri arasında dinc yanaşı yaşamaq və əməkdaşlıq etmək variantı var idi. Məsələn, İrəvan Azərbaycana qarşı iddia qaldırmaqdan imtina edərsə, Türkiyə buna hazır idi, amma Ermənistan buna cavab olaraq Türkiyə məhsullarına tam embarqo tətbiq etdi. Bu, kimin üçün pis olacaq? Aydındır ki, Türkiyə tərəfinə yox. Ermənistanda bunu necə anlamırlar?
- Qısaca cavab verəcəm. Onlar fanatiklərdir. /oxu.az

Siyasi       Tarix: 28 dekabr 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor


azerbaycan xeberleri yeni xeberler son xeberler dunya xeberleri cəbhədən ən son xəbərlər son xeberler bu gun xeberler bugun 2026