Rusiyalı politoloq: "Minsk qrupu İlham Əliyevin gözündə mənəvi nüfuzunu itirib
Rusiyalı politoloq: "Minsk qrupu İlham Əliyevin gözündə mənəvi nüfuzunu itirib"
Mütəxəssisləri, siyasətçiləri və diplomatları "ATƏT-in Minsk Qrupu" sehrli ifadəsini dilə gətirməyə məcbur edən müəyyən inersiya var. Onlar sözügedən qurumun bir növ xarici dekorasiyaya çevrildiyini anlamırlar.
Məşhur rusiyalı siyasi icmalçı Serqey Strokan ATƏT-in Minsk qrupunu canlandırmaq cəhdləri barədə Media.Az-a danışarkən belə deyib.
Ekspertin sözlərinə görə, qurum əvvəllər heç olmasa hansısa fəaliyyəti təqlid edirdi:
"Ancaq bu gün iki əsas sənədi - Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr və 11 yanvar tarixli bəyanatlarını nəzərə alaraq, ATƏT-in Minsk qrupunun necə işləyə biləcəyini təsəvvür etmək çətindir. Bunlar Qarabağ məsələsi üçün bir növ yol xəritəsidir".
Politoloq bildirib ki, Minsk qrupunun bu sənədlərlə heç bir əlaqəsi yox idi və o, Azərbaycan Prezidenti İlham Əliyevin gözündə mənəvi nüfuzunu itirib.
"Kliniki ölüm vəziyyətində olan bu qurumun necə "oyana biləcəyini" təsəvvür etmək çətindir. Minsk qrupu şansını əldən verdi", - deyə Strokan sözlərini yekunlaşdırıb. /oxu.az

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına