Rusiyalı turistlərin Azərbaycana axını başlayıb - SƏBƏB

Rusiyalı turistlərin Azərbaycana axını başlayıb - SƏBƏBRusiyalı turistlərin Azərbaycana axını başlayıb - SƏBƏB
Rəsmi məlumatlara görə, ötən ilin 11 ayında Azərbaycana 1 milyon 458 min 786 turist gəlib.
Ölkəmizə gələn turistlər arasında say baxımından son illərə qədər ilk yeri Türkiyə tutsa da, ötən il ən çox xarici turist Rusiyadan gəlib. Keçən ilin müvafiq dövründə Rusiyadan Azərbaycana 404095 turist gəlib.  
Bizim.Media-ya açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının əməkdaşı Müzəffər Ağakərimov bildirir ki, Ukrayna müharibəsi və Avropa bazarının Rusiyanın üzünə bağlı olması həmin ölkə turistlərinin xarici səyahətlər zamanı digər başqa ölkələr kimi Azərbaycana da üz tutmalarına səbəb olub:
"Rusiyalı turistlər hər zaman Azərbaycana maraq göstəriblər. İndiki halda məlum vəziyyətlə əlaqədar olaraq Rusiya Qərbin sanksiyaları altındadır. Bu səbəbdən də qonşu ölkə turistləri Avropa və Amerikaya səyahət edə bilmirlər.
Həmin səbəbdən də rusiyalı turistlər digər marşrutları seçməyə üstünlük verirlər ki, bu zaman da onların seçdiyi ölkələr arasında Azərbaycan da ön yerlərdən birini tutur. Azərbaycan xalqının qonaqpərvərliyi, turizm üçün burada yaradılan infrastruktur onları gəzinti və istirahət üçün məkan seçərkən Azərbaycana üstünlük verməyə həvəsləndirir.
Proses belə düşünməyə əsas verir ki, Rusiyadan gələn turistlərin sayında bu il də artım olacaq və qonşu ölkə Azərbaycana istirahətə gələnlər arasında yenə də öz birinciliyini qoruyub saxlayacaq".  / oxu.az

Turizm       Tarix: 10 yanvar 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir. Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktından sonra Rusiya dövlət qurumları vasitəsil

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gündən Pakistanın Kəraçi şəhərinə reysləri bərpa edib. xəbər verir ki, uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günlər

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları"

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO. Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarə

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO. Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur. Keçən il Azərbaycan-Türkiy

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir. Novruz bayramının gəlişi ilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərinə onlarla marşrut üzrə uçuşlar təqdi


son xeberler azerbaycan xeberleri yeni xeberler bu gunun xeberleri haqqinda melumat bugünkü son xəbərlər xəbər az beynelxalq bank mezenne