Rusiyanın SWIFT-dən uzaqlaşdırılmasının nəticələri necə olacaq? - ŞƏRH

Rusiyanın SWIFT-dən uzaqlaşdırılmasının nəticələri necə olacaq? - ŞƏRHSWIFT-dən uzaqlaşdırma Rusiya şirkətlərinin beynəlxalq ödənişlərinə ciddi təsir göstərəcək. 
KONKRET.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov məlumat verib.
Böyük Britaniyanın baş naziri Boris Consonun Rusiyanı SWIFT-dən uzaqlaşdırılacağı ilə bağlı bəyanatı xatırladan millət vəkili Federasiyanın SWIFT-dən uzaqlaşdırılmasının onun iqtisadiyyatına necə təsir göstərəcəyi barədə şərh verib:
"SWIFT pulun dünyanın bir hissəsindən başqa yerinə sərhədsiz göndərilməsinə imkan verən beynəlxalq maliyyə strukturudur. Mənası Qlobal Banklararası Maliyyə Rabitəsi Assosiasiyasıdır (Society for Worldwide Interbank Financial Telecommunication). 1973-cü ildə yaradılan və baş ofisi Brüsseldə yerləşən sistem dünyanın 200 ölkəsini, ümumilikdə 11 min maliyyə institutu və bankı əhatə edir. Bu sistem vasitəsilə hər gün 40 milyondan çox mesaj göndərilir və trilyonlarla dollarlıq maliyyə vəsaiti şirkətlər və ya hökumətlər arasında transfert olunur.
SWIFT-dən uzaqlaşdırma Rusiya şirkətlərinin beynəlxalq ödənişlərinə ciddi təsir göstərəcək. Çünki bu halda Rusiya şirkətləri nağdsız ödənişlərdə ciddi çətinliklər ilə üzləşəcəklər. Bu xüsusən, strateji məhsullarının ixracatında Rusiya üçün çətinliklər yaradacaq.
Rusiyanın aparıcı şirkətlərinin səhmlərinin birjalarda indeksləşdirildiyini nəzərə alsaq SWIFT-siz gələcək şimalda fəaliyyət göstərən sahibkarlar üçün yaxşı nə isə vəd etmir. Müqayisə üçün deyək ki, 2012-ci ildə İranın bu sistemdən uzaqlaşdırılması cənub qonşumuz üçün ticarət dövriyyəsinin 1/3-ni itirmək demək oldu.  Bu baxımdan, SWIFT-dən kənarlaşmda Rusiyanın xarici ticarət dövriyyəsinin azalmasına gətirib çıxarmaqla, şirkətlərinin səhmlərinin ucuzlaşmasına səbəb olacaq".
Vüqar Bayramov qeyd edib ki, Dünya Ticarət Təşkilatının məlumatına görə, 2020-ci ildə Rusiyanın ümumi ixracatı 332,2 milyard dollar, idxalı isə 240,4 milyard dollar olub:
"2020-ci ildə Rusiyanın xarici ticarətdə müsbət saldosu pandemiya səbəbindən əvvəlki ilə nisbətən 179,5 milyard dollardan 91,8 milyard dollaradək azalıb. 2019-cu ildə isə Rusiyanın ixracatı 426,7 milyard dollar, idxalı isə 247,1 milyard dollar olub. Rusiyanın ixracatda əsas ticarət tərəfdaşları Çin, Niderland, Almaniya, Belarus və Türkiyə olub. İdxalda isə Çin, Almaniya, Birləşmiş Ştatlar və İtaliya əsas tərəfdaşlardır".

Sosial       Tarix: 27 fevral 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


azerbaycan xeberleri son xeberler yeni xeberler siyaseti xeberler bugun son xabar valyuta mezennesi cəbhədən son dəqiqə