Rusiyanın təyyarə qərarı Bakını hərəkətə keçirdi – Cavab belə veriləcək

Rusiyanın təyyarə qərarı Bakını hərəkətə keçirdi – Cavab belə veriləcəkRusiya tərəfindən AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı gözləntilər növbəti dəfə də doğrulmadı. Belə ki, hadisə üzrə əsas fiqur kimi adı çəkilən general-mayor Aleksandr Tolopiloya qarşı bütün ittihamların ləğv edildiyi məlum olub. Rəsmi Moskvanın məsələ ilə bağlı susqunluğu, əvvəl verilən vədlərlə real addımlar arasındakı ziddiyyət və günahkarların cəzasız qalması ciddi və haqlı narazılıq doğurur.
Rusiya tərəfinin AZAL təyyarəsinin vurulması ilə bağlı məsul şəxsləri cəzalandırmaması Azərbaycan-Rusiya münasibətlərinə necə təsir göstərəcək? Rəsmi Bakı bu vəziyyətdə hansı siyasi və hüquqi addımları atmalıdır?
KONKERT.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Elçin Abdullayev bildirib ki, Rusiya tərəfinin 2024-cü il dekabrın 25-də AZAL-a məxsus təyyarənin Qroznı səmasında vurulması ilə bağlı adı hallanan general-mayor barəsində irəli sürülmüş ittihamları ləğv etməsi Bakının narazılığına səbəb olub.
Onun sözlərinə görə, artıq rəsmi Bakı bu qərarı qəbul etmədiyini açıq şəkildə bəyan edib:
"Belə bir qərarın Rusiya tərəfindən verilməsi Azərbaycan-Rusiya münasibətlərində diplomatik etimadın zəifləməsinə gətirib çıxara bilər. Ciddi bir insident fonunda razılaşmanın əldə olunmaması iki ölkə arasında mövcud və gələcək dialoqları çətinləşdirir, hətta daha mürəkkəb gündəmlər formalaşdıra bilər. Bu isə ikitərəfli görüşlərin tonunun sərtləşməsi və qarşılıqlı kommunikasiyalarda gərginliyin artması ilə nəticələnə bilər. Paralel olaraq, sözügedən qərar Rusiyaya münasibətdə Azərbaycanın etimadının sarsılmasına səbəb olur. Hadisə, xüsusilə regionda hava məkanının idarə olunması və təhlükəsizlik mexanizmləri ilə bağlı ciddi suallar doğurur. Bakı üçün bu məsələ yalnız konkret bir hadisə deyil, ümumilikdə Rusiya ilə təhlükəsizlik əməkdaşlığına dair narahatlıqları gücləndirən amil kimi dəyərləndirilə bilər".
Politoloq deyib ki, belə bir vəziyyətin Azərbaycan-Rusiya iqtisadi və ticarət əlaqələrinə də müəyyən təsirlər göstərməsi qaçılmazdır:
"Bu məqamda əsas sual Bakının necə hərəkət etməli olmasıdır. Fikrimcə, Azərbaycan ilk növbədə Rusiya ilə bu məsələdə razılaşmadığını açıq şəkildə ortaya qoyaraq problemi beynəlxalq müstəviyə çıxarmalıdır. Beynəlxalq hüququn bəzən effektiv işləməməsi ilə bağlı yanaşmalar mövcud olsa da, Bakı bu hüquqdan imtina etməməli və məsələni beynəlxalq hüquq çərçivəsində gündəmdə saxlamalıdır. Azərbaycan beynəlxalq məhkəmələrə müraciət etmək imkanını əlindən verməməli, xüsusilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) kimi qurumlara müraciət edərək məsələni beynəlxalq tribunalarda hüquqi qiymətləndirmə predmetinə çevirməlidir. Bu, hadisənin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əsas hədəflərdən biri olmalıdır".
Elçin Abdullayev daha bir maraqlı məqama toxunub:
"Azərbaycan bir tərəfdən beynəlxalq hüquqi mexanizmlərə istinad etməli, digər tərəfdən isə Rusiya ilə münasibətləri tamamilə kökündən kəsmədən regionda sabitliyin, iqtisadi əlaqələrin və xüsusilə təhlükəsizlik əməkdaşlığının qorunması üçün balanslı və strateji kommunikasiya xətti yürütməlidir. Bu yanaşma Azərbaycanın hüquqi və siyasi maraqlarının müdafiəsinə, məsuliyyətin tələb olunmasına və regionda sabitliyin təmin edilməsinə töhfə verə bilər".
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq əlavə şərhin olmadığı bildirilib:
"Bu məsələ ilə bağlı cənab nazir illik mətbuat konfransında açıqlama vermişdi. Əlavə şərhimiz yoxdur".
Xatırladaq ki, xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib ki, gözləntimiz prosesin iki ölkə lideri arasında aparılan danışıqlara uyğun olaraq başa çatdırılmasıdır. / konkret.az

Siyasi       Tarix: 11 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac


azerbaycan xeberleri yeni xeberler son xeberler zelzele son xeberler bu gun bugun xeberler qarabag