Rusiyanın Ukraynadan sonra növbəti hədəfi - Polşalı general AÇIQLADI
Polşa Milli Təhlükəsizlik Bürosunun keçmiş rəhbəri, general Stanislav Kozey Rusiyanın Ukraynadan sonra növbəti hədəfini açıqlayıb.
KONKRET.az Polşanın "Dzennik Polski" qəzetinə istinadən xəbər verir ki, o, Belarusla Kalininqrad vilayəti arasında yerləşən Polşanın 100 kilometrlik ərasizinin adını çəkib.
Generalın sözlərinə görə, rəsmi Moskva Polşa ərazisi vasitəsilə Kalininqrada avtomobil yolu açmaq niyyətindədir.
O xatırladıb ki, İsveç və Finlandiyanın NATO-ya daxil olduğu anda Kalininqrad Rusiya üçün təcrid olunan mühüm strateji baza olacaq.
"Mən bu gün kimin – Rusiya və ya Ukraynanın qalib gələcəyini bilmirəm, ancaq siyasi və strateji müstəvidə Rusiya bu müharibəni uduzur. Hələlik Polşa üçün heç bir təhlükə yoxdur", deyə o, qeyd edib.
Kozeyin sözlərinə görə, Moskva Ukraynada müharibə davam etdiyi müddətdə Polşa ərazisindən keçən "Suvalki dəhlizi" məsələsi ilə məşğul olmayacaq.
General əlavə edib ki, hazırda ikinci soyuq müharibə gedir, ona görə də NATO təkamül yolu ilə gedir, gözlənilməz hallar üçün əməliyyat planları hazırlayır.
Kozey vurğulayıb ki, Şimali Atlantika Alyansı Rusiya təhlükəsinə qarşı müdafiə konsepsiyası üzərində çalışır.
Roman Göytürk,
KONKRET.az

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?