Rusiyanın "Utair" aviaşirkəti Azərbaycana uçuşların payız-qış cədvəlini hazırlayıb
Rusiyanın "Utair" aviaşirkəti Azərbaycana uçuşların payız-qış cədvəlini hazırlayıb
Rusiyanın "Utair" aviaşirkəti Azərbaycana uçuşların payız-qış cədvəlini hazırlayıb. Uçuşlar Moskvadan və regionlardan Bakı, Gəncə və Naxçıvana həyata keçiriləcək.
Bu barədə "Utair - Sərnişin Hava Yolları"nın prezidenti Oleq Semenov bildirib.
Onun sözlərinə görə, bir il əvvəl Azərbaycanın şəhərlərinə uçuş proqramı xeyli genişləndirilib.
"Biz uçuşların tezliyini artırmağı planlaşdırırıq. Bütün il boyu bu marşrutlar üzrə uçuşlar həyata keçirəcəyik", - deyə o əlavə edib.
Qeyd edək ki, "Utair"in payız-qış cədvəlinə görə Qroznı, Moskva, Samara, Sankt-Peterburq, Surqut, Tümen və Ufadan Bakıya, Moskvadan isə Gəncə və Naxçıvana reyslər olacaq. Biletlər aviaşirkətin internet saytında və mobil proqramda artıq satışdadır.
Mənbə: Aviapages.ru / oxu.az

Azərbaycanda nə qədər işsiz var?
Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU
Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ
Faiq Ağayevə ağır itki üz verdi
Premyer Liqada II tur: "Qəbələ" "Şəfa"ya, "Zirə" "İmişli"yə qarşı
Yeniyetmə bacı-qardaş göldə batdı - Qızın meyiti tapıldı
Daha bir ölkə hazırlıq görür: Rusiyaya hücum olacaq
Hamiləliyini sonlandırarkən ölən qadın əvvəlcə bu hospitalda olub - DETALLAR
Azərbaycanda ən çox bahalaşan ərzaq məhsulları - SİYAHI
Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə
Yunanıstan Azərbaycandan neft idxalını artırıb
Əlillik pensiyasından yaşa görə pensiyaya keçid: Hansı məbləğ daha sərfəlidir?
"Fənərbaxça"dan Taliska açıqlaması
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan xəbər var - FOTO / Yenilənib
Ağcabədidə ağır qəza: yaralılar var