Rusiyanın xarici banklardakı 300 milyard dolları Ukraynaya verilə bilərmi? - İqtisadçı AYDINLIQ GƏTİRDİ
Rusiya Mərkəzi Bankının 300 milyard dolları artıq Ukrayna üçün rezerv edilib. Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Oleq Ustenko deyib ki, artıq 300 milyard dollar rezerv edilib. Bu vəsaitlər xarici ölkə banklarında Rusiyaya məxsus olan hesablardakı pullardır.
Bəs görəsən, Rusiyanın bu məsələyə münasibəti necə olacaq?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Cəfər İbrahimli bildirib ki, Rusiyanın vəsaitləri başqa öhdəliklərə yönəldilə bilməz:
"Belə məlumatlar informasiya savaşının bir hissəsidir. Rəsmi açıqlamalardan görünür ki, Rusiyanın Avropa və Amerika banklarında olan vəsaitlərinin böyük bir hissəsi dondurulub. Lakin məsələ burasındadır ki, həmin vəsaitlər Rusiyanın müvəqqəti istifadəsinə qadağa qoymaq üçün dondurulub. O vəsaitlər Rusiyadan alınaraq başqa bir ölkənin öhdəliklərinin icrasına və ya vurulan zərərin ödənilməsinə yönəldilə bilməz. Yəni həmin vəsaitlərin Rusiyanın adından çıxarılaraq Ukraynaya verilməsi real deyil. Əgər beynəlxalq müstəvidə Rusiyanın belə bir öhdəliyi yaranarsa, məsələ beynəlxalq məhkəmələrin qərarı ilə həll olunacaq. Belə məsələlər kimlərinsə razılığı ilə olmur, beynəlxalq hüquq qaydaları ilə tənzimlənir. İndiki halda yayılan məlumatlar informasiya savaşının bir parçasıdır. Açıqlamaların əksəriyyəti sonradan öz təsdiqini tapmır. İndi elə bir dövrdür ki, müharibədə informasiya axınından daha çox istifadə edilir. İndiyə qədər olan ən dəqiq məlumat Rusiyanın vəsaitinin dondurulmasıdır. Qeyd etdiyim kimi, həmin vəsaitlər başqa öhdəliklərin icrasına yönəldilə bilməz".
Şəbnəm Mehdizadə,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var