Rusiyaya gedən azərbaycanlıların nəzərinə: Sənəd imzalayaraq öhdəlik götürəcəklər

Rusiyaya gedən azərbaycanlıların nəzərinə: Sənəd imzalayaraq öhdəlik götürəcəklərRusiyaya gedən azərbaycanlıların nəzərinə: Sənəd imzalayaraq öhdəlik götürəcəklər
Rusiya Daxili İşlər Nazirliyi "loyallıq müqaviləsi" hazırlamağı və ölkəyə daxil olan əcnəbilərə bu sənədi imzalatmağı təklif edib.
Bu barədə qurum tərəfindən hazırlanan qanun layihəsindən aydın olub.
Yeni sənəddə ölkəyə daxil olan əcnəbi vətəndaşlar üçün bir sıra məhdudiyyətlər, o cümlədən Rusiyanın dövlət siyasətini gözdən salmağa, ənənəvi ailə dəyərlərini inkar etməyə və sovet xalqının faşizm üzərində qələbəyə verdiyi töhfəni təhrif etməyə qadağa qoyulur.
"Sadiqlik müqaviləsi - bir tərəfdən, Rusiyanın dövlət orqanlarının əcnəbi vətəndaşın ölkəyə daxil olması üçün icazəsidir, digər tərəfdən, Rusiyaya daxil olan əcnəbi vətəndaşın Rusiyanın milli maraqlarını qorumaq üçün müəyyən edilmiş qadağalarla razılaşmasıdır", - deyə sənəddə bildirilir.
Qanun layihəsinə əsasən, Rusiya ərazisində olduğu (yaşadığı) müddət ərzində Rusiyaya gələn əcnəbiyə dövlət orqanlarının fəaliyyətinə müdaxilə etmək, xarici və daxili dövlət siyasətini, dövlət orqanlarını və onların vəzifəli şəxslərini hər hansı formada nüfuzdan salmaq qadağandır.
Xatırladaq ki, Rusiya Daxili İşlər Nazirliyi qeyri-qanuni miqrantlar üçün bir sıra qadağalar və məhdudiyyətləri nəzərdə tutan nəzarətdə qalma rejimi tətbiq etməyi də təklif edir. Miqrantların həyatını çətinləşdirəcək yeni qanun layihəsinə onların avtomobil idarə etməsi, sürücülük vəsiqəsi alması, nikah qeydiyyatı və pul köçürməsinə aid qadağalar daxil edilib.
Bundan əvvəl Rusiyada miqrantlar üçün qanunların sərtləşdirildiyi barədə məlumat vermişdik. Belə ki, qaydalardan birinə görə, artıq vətəndaşlıq üçün təkcə nikah kifayət eləmir, mütləq uşaq da olmalıdır.
Həmçinin xəbər verilmişdi ki, Rusiyaya gedən miqrantlar aeroportlarda daktiloskopiyadan (barmaq izi) keçəcəklər və fotoları çəkiləcək.
Mənbə: TASS / oxu.az

Turizm       Tarix: 29 noyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs

AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib

AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib. Nazirlər Kabineti "Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası"nda dəyişiklik edib.  xəbər verir ki, Qaydaya əsasən, aviasiya təhlükəsizliy

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO. Sumqayıt şəhərinin Corat qəsəbəsində beş yüz illik tarixə şahidlik edən Hacı Məcid hamamına sahib çıxan yoxdur. . Belə ki, tarixi hama

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik. "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıql

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd


yeni xeberler azerbaycan xeberleri son xeberler dunya xeberleri son xeber az son xeberler bugun 2026 canli kriminal bugun