Rusiyaya qarşı sanksiyalar: Azərbaycanın qaz satışından əldə etdiyi gəlirlər nə qədər artacaq? - ÖZƏL
Rusiyanın Ukraynaya təcavüzü hazırda dünyanı narahat edən bir nömrəli məsələdir. Ukraynaya dəstək göstərən Qərb və ABŞ Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edir. Buna cavab olaraq isə Rusiya Avropaya satdığı qazın həcmini azaldır. Nəticədə qaz qiymətləri hər gün tarixi rekordunu yeniləyir. Azərbaycan da qaz ixrac edən ölkələr arasındadır. Belə bir vəziyyətdə Azərbaycanın qaz satışından əldə etdiyi gəlirlər nə qədər arta bilər?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını iqtisadçı ekspert Rəşad Həsənov cavablandırıb.
Ekspert bildirib ki, Azərbaycan il ərzində təqribən 16-20 milyard kub metr qaz ixrac edir:
"İxrac edilən qazın əhəmiyyətli hissəsi Gürcüstan və Türkiyənin payına düşür. 2020-ci ildə TAP layihəsinin işə başlamasından sonra artıq Avropaya qaz ixracı başlayıb. Hər min kub metrə Azərbaycanın əldə etdiyi gəlir 500 dollar ətrafındadır".
Müsahibim əlavə etdi ki, qaz gəlirlərinin artması üçün qiymətlər uzun müddət bu səviyyədə qalmalıdır:
"Azərbaycan ixrac etdiyi qazı müqavilə əsasında satır. Buna görə də, stok bazarlarda qazın qiymətinin dəyişməsinin Azərbaycanın gəlirlərinə birbaşa təsiri yoxdur. Çünki qiymətlər uzun müddətli müqavilələrlə tənzimlənir. Lakin qazın qiyməti uzun müddət bu səviyyədə qalarsa, imzalanan müqavilələr başa çatdıqda, yenilənmə zamanı bu məsələ hansısa formada nəzərə alına bilər".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var