Ruslar daha çox pivə içməyə başlayıblar - STATİSTİKA
Keçən il Rusiyada pərakəndə pivə satışı 769,6 milyon desilitrə çatıb ki, bu da 2022-ci illə müqayisədə 2,1 faiz çoxdur.
KONKRET.az xəbər verir ki, adambaşına düşən istehlak ildə 52,6 litr təşkil edib. Yəni orta rusiyalı bir litr daha çox içməyə başlayıb.
Federal və Regional Alkoqol Bazarlarının Tədqiqat Mərkəzinin direktoru Vadim Drobizin sözlərinə görə, pivə satışı 1,23 trilyon rubl təşkil edib. Bu parametrdə pivə ən yaxın rəqibini – arağı (517 milyard rubl) iki yarım dəfə qabaqlayaraq şəksiz lider olub.
Ölkədə bütün pivə istehlakının dörddə biri beş regionda baş verir: Moskva və Moskva vilayəti, Sverdlovsk vilayəti, Krasnodar vilayəti və Tümen vilayəti. İstehsalın üçdə biri də beş bölgədə – Moskva və Ulyanovsk vilayətlərində, Tatarıstan, Novosibirsk və Samara bölgələrində baş verir.
Ruslar 6,1 faizə qədər gücü olan yüngül pivəyə üstünlük verirlər. İlin sonunda bir litr pivənin orta qiyməti 5-6 faiz artaraq 162,4 rubl təşkil edib.
Günel Mikayılova,
KONKRET.az

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi