Rüşvətlə "imperiya" quran icra başçıları - Vəzifədən həbsxanaya aparan yol - SİYAHI

Rüşvətlə Son illər Azərbaycanda icra hakimiyyəti orqanlarında aparılan genişmiqyaslı antikorrupsiya əməliyyatları nəticəsində bir sıra rayon və şəhərlərin icra başçıları cinayət məsuliyyətinə cəlb olunub. Sonuncu bu cür hadisə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Balakən rayonunda sabiq icra başçısı İslam Rzayevlə bağlı əməliyyatdır. 
Müəyyən olunub ki, İslam Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində fəaliyyət göstərdiyi dövrdə dövlət büdcəsindən işsiz və aztəminatlı şəxslərə, rayon ərazisində təmir-tikinti və abadlıq-quruculuq işlərinə ayrılan maliyyə vəsaitlərini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəyib, belə vəsaitlərin təyinatı üzrə xərclənməsini təşkil etməmiş, eləcə də vəzifəli şəxslərdən və iş adamlarından rüşvət alıb. Faktla bağlı DTX-nin İstintaq baş idarəsində başlanılmış cinayət işi üzrə İslam Rzayev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə məsuliyyətə cəlb olunmuş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildi. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
azxeber.com bundan öncə də rüşvət və korrupsiya ittihamları ilə həbs edilən sabiq icra başçılarının siyahısını təqdim edir:
Neftçala Rayonunun sabiq icra başçısı İsmayıl Vəliyev
(26 aprel 2011 – 20 fevral 2020)
İsmayıl Vəliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyat nəticəsində rüşvət və korrupsiya cinayətlərinə görə saxlanılıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Ali Məhkəmənin qərarı ilə cəza müddəti 6 il 2 aya endirilib.
İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev
(2012–2020)
2020-ci il mayın 5-də DTX tərəfindən xidməti və yaşayış ünvanlarında keçirilən əməliyyat zamanı saxlanılıb. Məhkəmənin hökmü ilə 12 il həbs cəzası alıb. Ali Məhkəmənin qərarı ilə cəza müddəti 8 il 6 aya endirilib. 
Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev
(26 aprel 2011 – 30 aprel 2020)
2020-ci il aprelin 29-da DTX-nin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. 11 il azadlıqdan məhrum edilib. Ali Məhkəmə şikayəti qismən təmin edərək cəza müddətini 8 il 3 aya endirib. 
Ağstafa Rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev
(5 aprel 2019 – 19 dekabr 2019)
2019-cu ildə DTX tərəfindən saxlanılıb. Vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət və mənimsəmə ittihamları ilə 9 il həbs cəzasına məhkum edilib. 2021-ci ilin sentyabrında cəzaçəkmə müəssisəsində koronavirusdan vəfat edib.
Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov
(8 oktyabr 2014 – 27 aprel 2021)
2021-ci ilin aprelində DTX tərəfindən saxlanılıb. Mənimsəmə, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda rüşvət alma maddələri ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov
(18 fevral 2011 – 31 oktyabr 2019)
7 il 3 ay həbs cəzasına məhkum edilib. 2023-cü ilin yanvarında Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə cəza müddəti 6 ilə endirilib. Həmin ilin iyul ayında azadlığa buraxılıb. 
Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov
(16 aprel 2014 – 20 avqust 2020)
2020-ci ilin avqustunda saxlanılıb və 8 il 6 ay həbs cəzası alıb. Apellyasiya və Ali Məhkəmə instansiyalarının qərarları ilə cəza müddəti mərhələli şəkildə 4 il 6 aya endirilib. 2025-ci ilin fevralında cəza müddəti başa çatıb və azadlığa buraxılıb.
Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov
(6 fevral 2018 – 2020)
2020-ci ilin dekabrında vəzifədən azad edilib və daha sonra saxlanılıb. Mənimsəmə və digər cinayət maddələri ilə ittiham olunaraq 2022-ci ilin iyulunda 12 il həbs cəzasına məhkum edilib.
Qax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Musa Şəkiliyev
(12 aprel 2010 – 21 iyun 2025)
2025-ci ilin iyununda DTX tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb və vəzifəsindən azad edilib. Rüşvət alma, mənimsəmə və vəzifə səlahiyyətlərini aşma ittihamları ilə həbs olunub. Hazırda məhkəmə prosesi davam edir.
Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayev
(18 may 2011 – 30 oktyabr 2025)
DTX tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb. Ona qarşı külli miqdarda mənimsəmə və təkrar rüşvət alma ittihamları irəli sürülüb. Məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. DTX rüşvət yığılmasını əks etdirən video materiallar da yayıb.

Sosial       Tarix: 15 dekabr 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, hesabat tarixinə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avronun məzənnəs

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xəbərlər bugün son xeberler bu gun sonxeberler xeber.az son xeberler