Rza Pəhləvi təhlükəsizlik qüvvələrinə: "Düzgün seçim edin, xalqa qoşulun"

Rza Pəhləvi təhlükəsizlik qüvvələrinə: İranda sürgündə yaşayan şahzadə, mərhum şah Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi İslam Respublikasının silahlı qüvvələri və təhlükəsizlik orqanlarına müraciət edərək onları xalqın tərəfinə keçməyə çağırıb. O, bunu "milli borc" adlandırıb.
KONKRET.az xəbər verir ki, Rza Pəhləvi müraciətində bildirib ki, təhlükəsizlik qüvvələri İran xalqını qorumaq üçün hərbi forma geyiniblər və indi tarixi bir seçim qarşısındadırlar. Onun sözlərinə görə, İran xalqı cəsarət və birlik nümayiş etdirərək tarix yazdığı bir vaxtda əsas sual rejimin süqut edib-etməyəcəyi deyil, bunun nə vaxt baş verəcəyidir və bu zaman əvvəlkindən daha yaxındır. Pəhləvi silahlı qüvvələri silahdan xalqa qarşı deyil, onu qorumaq üçün istifadə etməyə çağırıb və bunun həm milli borc, həm də onların öz gələcəkləri və ailələrinin təhlükəsizliyi baxımından vacib olduğunu vurğulayıb.
O, altı ay əvvəl təhlükəsizlik qüvvələrinin nümayəndələri üçün yaradılmış Milli Əməkdaşlıq Platformasını xatırladaraq bildirib ki, bu platforma xalqla həmrəylik elan etmək üçün təhlükəsiz kanaldır və minlərlə hərbçi artıq burada qeydiyyatdan keçib. Etirazların yenidən genişlənməsi fonunda platformanın yeniləndiyini deyən Pəhləvi, cavab almayan şəxsləri yenidən qeydiyyatdan keçməyə çağırıb. Onun sözlərinə görə, hazırda yeganə təhlükəsiz qeydiyyat yolu Iran International telekanalında yayımlanan canlı efirdə göstərilən QR-kodun skan edilməsidir. Pəhləvi bunu təhlükəsizlik qüvvələri üçün "son şans" adlandıraraq, talelərini "batmaqda olan İslam Respublikası gəmisi" ilə bağlamamağa çağırıb.
Rza Pəhləvi bildirib ki, xalqa atəş açanlar və zülmdə iştirak edənlər müəyyən edilərək cəzalandırılacaq, xalqın tərəfinə keçənlər isə milli səviyyədə hörmət və ehtiramla qarşılanacaq. O, müraciətini "Yaşasın İran" çağırışı ilə yekunlaşdırıb.
Iran International telekanalının məlumatına görə, çərşənbə günü Şiraz şəhərində təhlükəsizlik qüvvələri etirazçılara atəş açıb. Bununla bağlı telekanalın əldə etdiyi videomateriallar mövcuddur. Liman şəhəri olan Bəndər-Abbasda isə sakinlər və mağaza sahibləri küçələrə çıxaraq etiraz şüarları səsləndirib, Rza Pəhləvini tərifləyiblər.
Kermanşahda Azad Universitetinin tələbələri universitet ərazisində toplaşaraq "Tələbə ölür, amma təhqiri qəbul etmir" şüarını səsləndiriblər. Eyni vaxtda Dizelabad rayonunda və Müsəddiq meydanında ticarətçilər mağazalarını bağlayaraq etiraza qoşulublar. Təhlükəsizlik qüvvələri gözyaşardıcı qazdan istifadə edib və bəzi məlumatlara görə, etirazçılara atəş açılıb. Yerli sakinlərlə hüquq-mühafizə orqanları arasında şiddətli toqquşmalar baş verib, aksiyalarda "Ölüm diktatora" şüarları səslənib.
Tehran, Şiraz, Kazvin və digər şəhərlərdə ticarətçilər, zavod və müəssisə işçiləri kütləvi tətil elan edərək etirazlara qoşulublar. Təhlükəsizlik qüvvələri ilə qarşıdurmaların olduğu bildirilir.
Eyni zamanda hakimiyyət etirazları yatırmaq üçün güc tətbiqini artırır. Məlumata görə, İlam vilayətinə İran İnqilabı Keşikçiləri Korpusunun bölmələri göndərilib. Bildirilir ki, Təhrandan DŞK ağır pulemyotları və avtomatik silahlarla təchiz olunmuş təxminən 100 xüsusi texnikadan ibarət kolonna yola çıxıb.
Etiraz aksiyaları İranın cənubunda yerləşən Fasa şəhərində də keçirilib. Aksiya iştirakçıları "Xamenei qatildir, onun hakimiyyəti qeyri-legitimdir" şüarları səsləndiriblər.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 08 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Paşinyan istefa verdi – Ermənistanda yeni hökumət formalaşdırılır

İyunun 7-də keçirilmiş parlament seçkilərinin yekunlarına əsasən yeni nazirlər kabinetinin formalaşması ilə əlaqədar olaraq Ermənistan hökuməti bu gün istefaya gedir. xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanı

Ermənistan Konstitusiyasından ərazi iddiaları çıxarılsa, sülh sazişi üçün problem qalmır

Ermənistan Konstitusiyasında Azərbaycana, həmçinin Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan maddə çıxarılmalıdır. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsini

Samvel Karapetyandan Paşinyana sərt sözlər: "Masanın altında ayaqüstə gəzəndə..."

Ev dustalığı davam edən "Güclü Ermənistan"ın lideri Samvel Karapetyan baş nazir Nikol Paşinyanın onu xeyriyyəçiliklə məşğul olmaq imkanından məhrum edəcəyi ilə bağlı xəbərdarlığına münasibət bildirib. Ermənista

Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ: Çolpon-Ata Bəyannaməsi

Çolpon-Ata Bəyannaməsi Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında dostluq, qarşılıqlı etimad və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən sənəddir. Bəyannamə siyasi, iqtisadi

"Liderin ölümündən hücumdan bir saat sonra xəbər tutduq" - Qalibafdan ŞOK ETİRAF

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf hərbi eskalasiyanın ilk gününün təfərrüatlarını bölüşüb. KONKRET.azxəbər verir ki, onun sözlərinə görə, İran rəhbərliyi liderinin həlak olduğunu hələ martın 9-da, ilk bombalamalarda

Ermənistanın yeni hökumətinin tərkibi bəlli oldu

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib. KONKRET.azxəbər verir ki, Xaçatryan bununla bağlı fərman imzalayıb. Fərmana əsasən:. Mqer Qriqoryan – Baş nazirin müavini. Tiqran Xaçatrya

Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama

İyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən yeni Nazirlər Kabinetinin formalaşdırılması ilə əlaqədar Ermənistan hökuməti avqustun 2-də istefa verəcək. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinya

Trampın reytinqi rekord həddə düşdü – Amerikalıların yarıdan çoxu narazıdır

ABŞ Prezidenti Donald Trampın ictimai dəstək reytinqi vəzifədə olduğu müddətdə ən aşağı səviyyəyə düşüb. KONKRET.azxəbər verir ki, Quinnipiac Universitetinin sorğusuna görə, Trampın fəaliyyətini seçicilərin 32 faizi bəyənir

"Patriot" raketləri ilə bağlı ABŞ-ın tərəddüdü: Siyasi səbəblər açıqlandı

Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampdan 300 ədəd "Patriot" raketi istəməsi Vaşinqtonun Kiyevə hərbi dəstəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bununla belə, Ağ Ev b


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberlər bugun xeberler havanın temperaturu xeber.az 2026