Saakaşvilinin hazırkı vəziyyəti açıqlandı
"Son məlumatlara əsasən, Mixeil Saakaşvilinin vəziyyəti sabit və qənaətbəxşdir".
Publika.az xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze "İmedi" telekanalının efirində deyib.
Nazirin sözlərinə görə, keçmiş prezidentin müalicəsi davam etdirilir: "Onun aclıqdan sonra qidalanması bərpa edilir və simptomatik müalicəsi aparılır".
R.Breqadze qeyd edib ki, Ədliyyə Nazirliyi M.Saakaşvilini müalicə edən tibbi heyətlə daimi əlaqə saxlayır.
Xatırladaq ki, Gürcüstanın üçüncü prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki həbsxanaya yerləşdirilib. O, noyabrın 8-də Tbilisidəki Qldani türməsinin xəstəxanasında müalicəyə alınıb. Əlli gün aclıq aksiyası keçirən siyasətçi noyabrın 20-də Qoridəki hərbi hospitala köçürülüb. Saakaşvili bundan sonra aclıq aksiyasını dayandırıb.
Xidmetler [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək